6 may 2019-cu il
6 may 2019-cu il tarixində Rumıniyanın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Dan İancunun xanımı Mihaela İancu Bakı Musiqi Akademiyasının qonağı olub.
Qonaq BMA-nın Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova ilə görüşüb. Görüşdə Rumıniyanın Avropa İttifaqı Şurasında prezidentlik dönəminin başa çatmasına həsr olunacaq konsertin Bakı Musiqi Akademiyasının dəstəyi ilə təşkili haqqında müzakirələr aparılıb.