• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    19 aprel 2019-cu il

    Erməni saxtakarlıqlarına ifşa edən Beynəlxalq elmi tədbir

    2019-cu il 19 aprel tarixində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə UNESCO tərəfindən elan olunan 23 aprel - “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”nə həsr olunmuş konfras keçirilmişdir.
    Həmin konfrans “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda idi və burada ilk dəfə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının mütəxəssisləri məruzə ilə çıxış etmişdilər. Artıq ənənəvi olan bu konfransın aktuallığı Azərbaycan xalqının torpağı, mədəni irsi və tarixinə qarşı əsrlər boyu davam edən, ildən-ilə artan və yeni dövrün elmi-texniki nailiyyətlərindən istifadə etməklə hazırkı günümüzdə daha geniş vüsət alan təcavüzkar erməni saxtakarlığının, erməni plagiatının ifşa olunmasıdır.
    Beynəlxalq konfrasda Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, professor Kamran İmanov, Azərbaycan Respublikasının Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin “Siyasi araşdırmalar və analitik təhlil” sektorunun müdiri Fuad Axundov, Rusiyalı alim və publisist, professor Oleq Kuznetsov, AMEA-nın Tarix İnstitutunun direktor müavini, tarixçi- alim Cəbi Bəhramov, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, AMEA-nın Dilçilik İnstitutun “Qədim dillər və mədəniyyətlər şöbəsinin” müdiri İlhami Cəfərsoy, AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi İslam Sadıq, BDU-nun “Arxeologiya və etnoqrafiya” kafedrasının dosenti Kərəm Məmmədov, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, elmi-tədqiqat laboratoriyasının aparıcı elmi Ariz Abduləliyev, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası elmi-tədqiqat laboratoriyasının elmi işçisi Rauf Bəhmənli, Əqli Mülkiyyət Agentliyinin eksperti Elşad Əlili, BDU-nun “Asiya və Afrika ölkələri” kafedrasının dosenti Atamoğlan Məmmədli, ali məktəb rektorları, pedaqoqlar, aparıcı media təmsilçiləri, ziyalılar iştirak etmişlər.
    Tədbiri çıxış sözü ilə açan K.İmanov bütün dünyada qeyd olunan 23 aprel- YUNESKO-nun “Ümumdünya kitab və müəlliflik hüququ günü” və 26 aprel Ümüdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) «Beynəlxalq əqli mülkiyyət günü”nün əhəmiyyətindən danışaraq bildirmişdir ki, ƏMA-nin sələflərindən olan Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi 1997-ci ildən başlayaraq Azərbaycanda belə tədbirlərin keçirilməsini təşkil edir.
    Konfransın əsas mövzusu ilə bağlı ƏMA-nın rəhbəri, professor K.İmanov qeyd etmişdir ki, ermənilərin elmvari saxtakarlıq metodologiyasına əsaslanan, tarixə aid yalanlarla dolu müasir erməni müəlliflərinin kitablarının çoxsaylı olduğu halda, bunlar bir-birinə istinadən, həqiqətə uyğun olmayan «faktları» tirajlayır və bununla «ermənisayağı mənbə», yəni «dəlillər» sistemi yaratmaqdadılar.
    İlk dəfə ƏMA-nın möhtəbər tədbirinə dəvət alan Bakı Musiqi Akademiyasının mütəxəssisləri öz çıxışlarında Azərbaycan musiqisinə qarşı erməni plagiatına dair yeni faktları elmi dəlillər ilə ifşa etdilər. Ü.Hacıbəyli adına BMA-nın dosenti A.Abduləliyev “Azərbaycan musiqisinə qarşı toral erməni vandalizmi”. Ü.Hacıbəyli adına BMA-nın elmi tədqiqat laboratoriyasının işçisi R.Bəhmənli “Azərbaycan xalq rəqslərinin ermənilər tərəfindən saxtalaşdırılması və mənimsənilməs” mövzusunda məruzələri maraqla qarşılanmışdır.
    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə Əqli Mülkiyyət Agentliyi arasında bu il mart ayında elmi əməkdaşlığın yaradılması bu beynəlxalq elmi tədbirin press-relizində qeyd olunmuşdir.

     

    Nuridə İSMAYILZADƏ,
    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası elmi-tədqiqat laboratoriyasının müdiri,
    sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent.