• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    11-12 aprel 2019-cu il

    Azərbaycan Respublikası Təhsil Nazirliyi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə 11-12 aprel 2019-cu il tarixlərində “Müasir Azərbaycan Bəstəkarı və Zaman” adlı Doktorant və gənc tədqiqatçıların Respublika elmi konfransı keçirilib.

    Konfransda ilk öncə Ü.Hacıbəyli adına BMA-nın Elm və yaradıcılıq işləri üzrə prorektor, fəlsəfə elmləri doktoru, professor, Əməkdar incəsənət xadimi Gülnaz Abdullazadə, BMA-nın Tədris işləri üzrə prorektoru, pedaqogika üzrə fəlsəfə doktoru, professor, Əməkdar müəllim Nərminə Quliyeva və BMA-nın Tarix-nəzəriyyə fakültəsinin dekanı, sənətşünaslıq doktoru, professor Gülzar Mahmudova çıxış edərək iştirakçılara bu mühüm yolda yeni nailiyyət və uğurlar arzu ediblər.
    Bunun ardınca Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Müasir Azərbaycan Bəstəkarı və Zaman” adlı Doktorant və gənc tədqiqatçıların Respublika elmi konfransında bir-birindən maraqlı məruzlər səslənməyə başlayıb.
    Qeyd edək ki, iki gün ərzində dəvam edən doktorant və gənc tədqiqatçıların Respublika elmi konfransında Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ülviyyə İmanova, Sənətşünaslıq üzrə elmlər doktoru, BMA-nın professorları Aytac Rəhimova, Cəmilə Həsənova, Könül Nəsirova, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Leyla Zöhrabova, Sənətşünaslıq üzrə fəlsəfə doktorları Alyona İnyakina, Dilbər Məmmədova, Mina Babayeva bölmə rəhbəri qismində iştirak edib. “Müasir Azərbaycan Bəstəkarı və Zaman” adlı Doktorant və gənc tədqiqatçıların Respublika elmi konfransının sonunda bütün iştirakçılara sertifikat təqdim edilib.