• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1-5 aprel  2019-cu il

    1-5 aprel 2019-cu il tarixində Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr şöbəsinin koordinatoru Şəfiyeva Zülfiyyə və Bakı Musiqi Akademiyasının səs mütəxəssisi Əsgərov Azər Çexiya Respublikasında Praqa İfaçılıq Sənəti Akademiyasında (Academy of Performing Arts in Prague) keçirilmiş Network Performing Arts Production Workshop (İfaçılıq Sənəti Şəbəkəsi İstehsalı Seminarı) – NPAPW 2019-da iştirak ediblər.


    NPAPW mütəmadi olaraq Avropanın şəhərlərindən birində və ABŞ-da təşkil olunan konfransdır. Bu konfransda iştirak edən ifaçılar, ali musiqi təhsili müəssisələrinin nümayəndələri və İT mütəxəssisləri təqdim edilən təkmilləşdirilmiş şəbəkələrdən istifadə etməyə imkan verən texnologiyalar vasitəsilə canlı və onlayn ifaların, ustad dərslərinin və bu kimi digər tədbirlərin təşkili ilə bağlı zəngin təcrübə əldə edirlər.
    NPAPW 2019-da Ultragrid, MVTP, Jacktrip, Nimbra, Conference XP texnologiyaları ilə yanaşı, Bakı Musiqi Akademiyasının Avropa İttifaqının Şərq Tərəfdaşlığı layihəsi çərçivəsində qoşulduğu və GEANT (Ümumavropa Tədqiqat və Bilik Şəbəkəsi) tərəfindən maliyyələşdirilən LoLa (Low Latency Audio Visual Streaming System) texnologiyası haqqında ətraflı təqdimat keçirilib.
    NPAPW 2019-un ilk günündə qeyd olunan texnologiyalar haqqında onları inkişaf etdirən universitetlərin nümayəndələri tərəfindən təlimlər keçirilib, ikinci gün iştirakçılar 3 qrupa ayrılaraq LoLa, MVTP və Ultragrid texnologiyalarından istifadə edərək onlayn ifaların təşkili ilə yaxından tanış olublar, üçüncü gün isə onlayn ifalar auditoriyaya nümayiş olunub.