• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    4 aprel 2019-cu il

    Ü.Hacıbəyli adına BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqonologiya və Akustika “ elmi tədqiqat laboratoriyasının növbəti elmi seminarı keçirilmişdir.

    Elmi seminarda laboratoriyanın əməkdaşları ilə yanaşı, Elmi Tədqiqat işləri üzrə prorektor,f.e.d., professor G.A.Abdullazadə, sənətşünaslıq doktoru, professor İ.Əfəndiyeva, Əməkdar İncəsənət xadimi, professor A.Əsədullayev və BMA-nın tələbələri iştirak etmişlər.
    Seminarda gənc tədqiqatçı, elmi laboratoriyanın elmi işçisi, doktorant Ayxan Əfəndiyev çıxış etmişdir. Ayxan Əfəndiyev keçirtdiyi seminarlarda daima müasir musiqi cərəyanlarına, müasir yazı üslublarına və bəstəkar yaradıcılıqlarına müraciət edərək maraqlı faktlar əldə etmişdir. Bu günki seminarda da Ayxan Əfəndiyev “MÜASİR MUSİQİNİN YENİ TƏZAHÜR FORMASI ANİME MUSİQİSİ” adlı seminar mövzusu ilə çıxış etmişdir.
    Məruzəçi, animenin əsas komponenti Manqa janrının komponentləri olan uki-e (16 əsirdə Yaponiyada rəssamlıq janrı) və, Tanka (15-ci əsrdən Yaponiyada seir növü) haqqında ətraflı məlumat verərək müxtəlif video nümunələr təqdim etmişdir. 1889-cu il Fransanın Paris şəhərində keçirilən beynəlxalq şərginin önəmini vurğulayaraq orada səslənən terian seribu (buddanın 1000 əli) musiqi nümunəsini (müasir variantda) nümayiş etdirmiş və impressionistlərin yaradıcılıqları ilə bağlılığını qeyd etmişdir. Daha sonra sırf Anime janrının özəllikləri barədə söz açmış,onun müasir Yapon uşaq və gənclərinin tərbiyəsində və, həyatında önəmini vurğulamışdır. “Animenin atası” Hayao Miyazakinin haqqında qısaca məlumat vermış və Hiroyuki Savanonun (“Şhingeki no Kyojin”-Titanların hüçumu animesində səslənən) orkestr soundtracklarını və “Maou”(İblis) filmindən “Rekviem” musiqisini səsləndirmışdır. Məruzəçi Ayxan Əfəndiyev Asiyada ən məşhur qadın bəstəkar Yuuki Kajiuranın (“Fate Grand order animasiyasının tərkib hissəsi olan) “Babil” və “Ainion hetarioi” əsərləri barəsində ətraflı məlumat verdikdən sonra onları nümayiş etdirmışdir.
    Ayxan Əfəndiyevin keçirtdiyi “MÜASİR MUSİQİNİN YENİ TƏZAHÜR FORMASI ANİME MUSİQİSİ” adlı növbəti seminarı dinləyicilər tərəfindən böyük maraqla qarşılanmışdır.
    Sonda seminarla bağlı professor G.Abdullazadə öz fikirlərini bildirərək qeyd etmişdir ki, BMA-nın rəhbərliyi, o cümlədəndə elmi laboratoriya daima gənclərə dəstək olaraq, onların bir alim kimi püxtələşməsində yardımçı olmuşdur. Bu baxımdan da , professor G.Abdullazədə BMA-nın rektoru, professor Fərhad Bədəlbəylinin bu istiqamətdə daima hiss olunan dəstəyini vurğulamışdır.
    Daha sonra elmi laboratoriyanın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru N. İsmayılzadə, Əməkdar İncəsənət xadimi, professor A.Əsədullayev, dosent A. Abdulləliyev, bəstəkar Rüfət Ramazanov seminarı yüksək qiymətləndirərək öz dəyərli fikir və mülahizələrini bildirmişlər.


    Sənətşünaslıq üzrə fəlsəfə doktoru,
    böyük elmi işçi M.Rzayeva