12 mart 2019-cu il
12 mart 2019-ci il tarixində İndoneziya Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri cənab Hacı Husnan Bəy Fanani Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qonağı olaraq BMA-nın rektoru, SSRİ və Azərbaycanın xalq artisti, professor Fərhad Bədəlbəyli ilə görüşüb.
Görüşdə həmçinin İndoneziya Səfirliyinin Birinci katibi xanım Anggraeni Vidiastuti və BMA-nın Beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova iştirak ediblər.
Görüş zamanı Azərbaycan və İndoneziya arasında mədəni əməkdaşlıq, musiqi təhsilinin inkişafı, müəllim-tələbə mübadiləsinin artırılması və ali musiqi təhsili ocaqları arasında daha sıx əlaqələrin yaradılması kimi məsələlər müzakirə edilib. Həmçinin, iki ölkənin tarixi inkişafı, etnik xüsusiyyətləri və din haqqında müxtəlif məsələlər ilə bağlı söhbət aparılıb.
Bunun ardınca BMA-nın rektoru, SSRİ və Azərbaycanın xalq artisti, professor Fərhad Bədəlbəyli və İndoneziya Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri cənab Hacı Husnan Bəy Fanani fortepianoda müxtəlif əsərlər ifa ediblər. BMA-nın Beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundovanın da ifası səslənmişdir.
İndoneziya Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri cənab Hacı Husnan Bəy Fanani BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli ilə görüşü xoş təəssüratlar, qarşılıqlı təqdim edilmiş hədiyyələr və birlikdə çəkilmiş xatirə şəkli ilə başa çatıb.