12 mart 2019-cu il
12 mart 2019-ci il Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirinin müşaviri Li Jae Voong və tədqiqatçı Park Dong Shik Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qonağı olublar.
Qonaqlar BMA-nın Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, Xalq artisti, professor Yeganə Axundova ilə görüşüblər. Görüş zamanı 2 ölkə arasında dostluq və mədəni mübasibətlərin daha da inkişaf etdirilməsinin mümkün perspektivləri müzakirə olunub. Həmçinin, qonaqlar 2019-cu ildə Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin təşkilatçılığı və Bakı Musiqi Akademiyasının dəstəyi ilə K-pop Festivalının keçirilməsi üçün BMA-nın Opera Studiyası zalına baş çəkiblər. Görüş zamanı Koreyada keçiriləcək K-pop Festivalının final turunda Azərbaycanı təmsil edə biləcək K-pop qrupunun yaradılmasına Bakı Musiqi Akademiyasının köməklik göstərməsi və iki ölkənin musiqi mədəniyyəti haqqında maraqlı söhbət aparılıb.