• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1 mart 2019-cu il

    1 mart 2019-cu il tarixində Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış musiqişünas, Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor Tariyel Məmmədovun 70 illik yubleyinə həsr olunmuş tədbir keçirilmişdir.

    Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti professor Firəngiz Əlizadə gələn qonaqları salamlayaraq professor Tariyel Məmmədov haqqında, onun fəaliyyəti haqqında dəyərli fikirlərini dilə gətirib və yubiyel münasibətilə təbriklərini qeyd edib.
    Daha sonra dinləyicilər qarşısında Tariyel Məmmədovun baş redaktor olduğu “Musiqi dünyası” jurnalı haqqında videoçarx nümayiş olunub. Ardınca tədbirdə iştirak edən elm xadimləri Tariyel Məmmədovun yaradıcılıq fəaliyyəti haqqında öz fikirlərini söyləyiblər. Belə ki, Azərbaycan Aşıqlar Birliyinin Sədri, Əməkdar elm xadimi, Filalogiya elmlər doktoru, professor Məhərrəm Qasımlı “Tariyel Məmmədov haqqında söz”, AMEA-nın müxbir üzvü, Sənətşünaslıq elmləri doktoru, professor Rəna Məmmədova “Tariyel Məmmədovun elmi fəaliyyəti haqqında”, Əməkdar İncəsənət xadimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Kamilə Dadaşzadə “Tariyel Məmmədovun elmi yaradıcılığı aşıqşünaslığın yeni mərhələsi kimi”, Sənətşünaslıq üzrəfəlsəfə doktoru, professor Könül Nəsirova “Musiqi dünyası jurnalında Tariyel Məmmədovun fəaliyyəti”, Sənətşünaslıq elmləri doktoru, professor Cəmilə Həsənova “Azərbaycan musiqisində müasir texnologiyaların tətbiq edilməsində Tariyel Məmmədovun rolu” adlı məruzələri ilə çıxış ediblər.
    Sonda aşıqların ifasında “ Urfani” aşıq havası və “Koroğlu” dastanından parçalar səslənib.