26 fevral 2019-cu il
26 fevral 2019-cu il tarixində Azərbaycan ictimaiyyəti Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib.
Belə ki, XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 27-ci ildönümü münasibətilə "Ana harayı" abidəsinə doğru yürüş edilib.
Ümumxalq yürüşündə prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, digər Dövlət və hökumət rəsmiləri, ölkə ictimaiyyəti, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri həmçinin Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, professor Fərhad Bədəlbəyli başda olmaqla BMA-nın professor-müəllim və tələbə heyəti iştirak edib.
Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələri Azərbaycanın Xocalı şəhərində soyqırım törədib. Bu kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 dinc sakin girov götürülüb.
Allah Şəhidlərimizə rəhmət eləsin!