• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    21 fevral 2019-cu il

    21 fevral 2019-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kiçik zalında “Şifahi ənənəli Azərbaycan musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqonologiya və akustika” elmi – tədqiqat laboratoriyasının növbəti elmi seminarı keçirilmişdir.

    Seminarda sənətşünaslıq üzrə fəlsəfə doktoru, Rzayeva Mehparə Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Tofiq Quliyevin yaradıcılığına həsr edilmiş məruzə ilə çıxış etmışdir. Elmi seminarda bəstəkarın arxiv materialları əsasında yaradıcılığına bir daha nəzər salınaraq, eyni zamanda yeni dərc olunmuş “ Tofiq Quliyevin yaradıcılığında melodik xüsusiyyətlər” adlı dərs vəsaiti təqdim olunmuşdur.
    Dərs vəsaiti uzun illər aparılmış xüsusi elmi- tədqiqat işi olaraq, arxiv materialları əsasında Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Xalq artisti, “İstiqlal” ordenli, professor, bəstəkar Tofiq Ələkbər oğlu Quliyevin yaradıcılığının və xüsusən də musiqi dilinin melodik xüsusiyyətlərinin elmi tədqiqininə həsr edilib. Təqdim olunan dərs vəsaitində bəstəkarın bu günə kimi tədqiq olunmayan bir sıra əsərlərinin elmi-nəzəri təhlili verilmişdir. Azərbaycan musiqi mədəniy¬yə¬tinin müxtəlif sahələrinin, o cümlədən bəstəkar yaradıcılığının, üslub xüsusiyyətlərinin tədqiqi, onun musiqi dilinin XX əsr Azərbaycan musiqi incəsənəti ilə dərin bağlılığının elmi izahı, milli musiqişünaslığın ən əhəmiyyətli və aktual problemlərindən biridir.
    Məruzəçi M. Rzayeva seminarda təqdim olinan dərs vəsaitinin elmi yeniliyi, İlk dəfə xüsusi tədqiqat işi olaraq, arxiv materialları əsasında T.Quıliyev yaradıcılığının melodikası, musiqi dili və onunla bağlı yaradıcılıq xüsusiyyətlərinin araşdırılmasını xüsusilə vurğulamışdır. İlk dəfə olaraq T.Quliyevin mühüm əhəmiyyət kəsb edən, lakin bu günə kimi araşdırılmamış müxtəlif janrlı əsərləri elmi cəhətdən təhlil olunmuşdur: Mahnılar: ”Axşam görüşləri” söz. R Rzanın 1960,.”Gecə serenadası” söz. R.Simyonovun 1978, ”Vernost” söz. M.kariyenko, ”Gəl bəri” söz.Z.Cabbarzadənin 1966, ”Türk mahnısı”. söz. Z.Cabbarzadənin 1961, ”Lirik” söz. O.Hacıqasımov 1969, ”Mənim Vətənim” söz.S.Məmmədzadə 1989, ”Neft daşları” söz. T.Əyyubovun 1989, ”Gənclik mahnısı” söz. N.Hikmətin 1989; Simfonik əsərləri: “Azərbaycanın sevinci”süitası, “Dörd simfonik lövhə”, “Simfonik eskizlər”, “Xoreoqrafik novellalar”, “Qaytağı” f-no və simfonik orkestr üçün, “Rəqs” iki tar və simfonik orkestr üçün, “İncəlik” simfonik süita, “Məhəbbət haqqında mahnı” xoreoqrafik rəqs süita;Dram tamaşalarına yazılmış musiqi: ”Entoni Qrantın cinayəti”-M. Volibrinskinin, ” Akasiya çiçəkləyəndə”- M. Vinnikovun, ”Üç bülbül adına küçə”- Draqutin və Dobriqan, “Xanuma” – A.Saqareli.
    Məruzəçi,təqdim olunan arxiv əsərlərinin hər biri füsünkarlığını qeyd edərək,əsərlərdə ustalıqla yazılmış melodik quruluş və üslub,melodik inkişaf, ritmik fiqurasiyalı instrumental giriş, Tofiq Quliyev yazı dəsti – xəttindən xəbər verən xüsusiyyətləri açıqlamışdır.
    Tofiq Quliyevin simfonik musiqisindən danışarkən kiçik həcmli klassik simfonik əsərlərdən bəhs edən məruzəçi, bəstəkarın yaradıcılıq boyu simfonik janra müraciət etsə də öz fikirlərini “Simfonik süitalar” (kinofilmlərə yazılmış musiqi əsasında), “Simfonik rəqslər”, “Dörd simfonik lövhə”, “Azərbaycanın sevinci” (“Радость Азербайджана”), fortepiano və orkestr üçün “Lezginka”, “İncəlik” böyük orkestr üçün rəqs kimi əsərlərdə cəmləşdirib qələmə aldığını bildirmişdir.
    Simfonik əsərlərin hər biri yüksək professionallıqla bəstələnmişdir.Əsərlərdə dərin dramaturji obrazın inkişafını ifadə edən simfonik musiqi diqqəti cəlb edir.
    T.Quliyev xalqı tərəfindən sevilən bir bəstəkar olmuşdur. Əsil xalq sənətkarı olmuş T.Quliyev bəstəkarlıqla yanaşı eyni zamanda da qabaqcıl ictimai elm xadimi idi. O,daima müxtəlif məqalələrlə dövrü mətbuatda çıxışlar edərək aktual problemlərə öz fikir və mülahizələrini bildirirdi. Məqalələrdən birində T.Quliyev öz dövründə belə qələmə alınan mahnılardan şikayətlənirdi.Bəstəkar mahnı janrına əlavə edılən yad ritmlərdən, yad intonasiyalardan ,mənbəyi məlum olmayan mətnlərdən yazaraq, onları ciddi surətdə tənqid edirdi. T.Quliyevin öz dövrü üçün yazdığı məqalələrin bu gün belə necə aktual olduğu danılmazdır.
    T.Quliyev daima klassik musiqimizin keşiyində durmuş bəstəkarlardan olmuşdur.Onun ürəklərdə yaşayan musiqisi Ulu Öndərimiz Heydər Əliyevin sözlıəri ilə desək “ƏBƏDİ YAŞARDIR”
    Keçirilmiş seminar olduqcq yüksək qiymətləndirilmişdir. Seminarda BMA-nın elmi laboratoriyasının əməkdaşları ilə yanaşı Bakı Slavyan Universitetinin də tələbə və müəllim heyyəti iştirak etmişlər. Seminarda iştirak edən hörmətli elm xadimləri fəlsəfə elmləri doktoru,professor,BMA-nın elmi-tədqiqat və yaradıcılıq işləri üzrə prorektoru G.Abdullazadə, elmi laboratoriyanın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru,dosent N.İsmayılzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor İ.Əfəndiyeva, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru ,professor A.Əsədullayev,dosent A.Abduləliyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru S.Şirinova, böyük elmi işçi Z.İsayev, bəstəkar R.Ramazanov və başqaları çıxış edərək, seminarda açıqlanan mövzu ətrafında özlərinin dəyərli fikir və mülahizələrini bildirmişlər.