• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    19 fevral 2019-cu il

    19 fevral 2019-ci il tarixində İsveçrənin Cənubi Qafqaz üzrə Azərbaycandakı Əməkdaşlıq Bürosunun direktor müavini Simon Heberli Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qonağı olmuşdur.

    Simon Heberli BMA-nın Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova ilə görüşmüşdür.

    Görüşdə Azərbaycan və İsveçrə arasında mədəni sahədə ikitərəfli əməkdaşlığın perspektivləri, Azərbaycandakı İsveçrə Əməkdaşlıq Bürosu və Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə İsveçrənin Milli Gününə həsr olunmuş konsert proqramı, ölkəmizdə keçirilən beynəlxalq musiqi tədbirləri haqqında söhbət aparılmış, birgə layilərin keçirilməsi imkanları müzakirə olunmuşdur. Eyni zamanda ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişafının daha da sürətləndirilməsinin əhəmiyyəti vurğulanmışdır.