• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    16 fevral 2019-cu il

    8-22 sentyabr 2019-cu il tarixlərində Gürcüstanda yeni təşkil olunacaq təntənəli “Tsinandali Festivalı”nın keçiriləcəyi gözlənilir.


    Qeyd edək ki, festivalın əsas istiqaməti Jinandrea Nozedanın rəhbərliyi ilə Pan Qafqaz Gənclər Simfonik Orkestrinin formalaşdırılmasıdır. 
    Bu orkestrin tərkibində Ukrayna, Türkiyə, Qazaxıstan və Qafqaz ölkələrinin musiqiçilərinin iştirakı nəzərə tutulub.
    Azərbaycan musiqiçiləri öncə 4 fevral tarixində BMA-nın professor, müəllim heyəti tərəfindən təşkil edilən dinləyişlərdən keçmişlər.
    Bu dinləyişlərdən uğurla keçən musiqiçilər 16 fevral tarixində Tsinandali Festivalının təşkilatçılarından ibarət Komissiya tərəfindən Bakı Musiqi Akademiyasında təşkil olunacaq dinləyişdə iştirak etmişlər. Dinləyişdə İtalyan dirijoru Klaudio Vandelli, festivalın baş meneceri Vaxtanq Qabidzaşvili, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq artisti professor Yeganə Axundova, “İfaçılıq fakültəsinin” dekanı Əməkdar incəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə və “Nəfəs və zərb alətləri” kafedrasının müəllimi Anar Məmmədov juri qismində iştirak etmişlər.
    Dinləyiş Gürcüstan çəkiliş qrupu tərəfindən lentə alınmışdır.