• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    2 fevral 2019-cu il

    2 fevral 2019-cu il tarixində Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə Gənclər günü münasibətilə tədbir həyata keçirilib.

    Tədbir Velotrekdə baş tutub. Konsertdə ifaçılar qismində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının və həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə heyəti çıxış edib. Musiqi proqramında Ü. Hacıbəyli “Arazbarı”, Monti. “Çardaş”, Nəsimi irsindən “Etməgil”, “Neylərəm?”, “Ayrılır qəzəlləri”, Muğam kompozisiyası “Qarabağ şikəstəsi” əsərləri ifa olunub.
    Sonda BMA-nın Tarix-nəzəriyyə fakültəsinin tələbəsi Günel Seyidova “Azərbaycan təhsili və mədəniyyətində gənclər siyasəti” mövzusu ilə çıxış edib və tədbir yekunlaşıb.