• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1 fevral 2019-cu il

    Fevralın 1-də Gənclər Günü ərəfəsində bir qrup gənc müəllimlə görüş keçirilib.

    Əvvəlcə tədbir iştirakçıları “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya ediblər. Daha sonra “Muğam Klub”da Təhsil Nazirliyinin rəhbər heyətinin iştirakı ilə gənc müəllimlərlə görüş keçirilib.
    Təhsil naziri Ceyhun Bayramov müəllimləri 2 fevral - Gənclər Günü münasibəti ilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Ceyhun Bayramov gənclər siyasətinin dövlətin əsas prioritetlərindən biri olduğunu, bu istiqamətdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən çoxsaylı sərəncamlar imzalandığını, layihələr həyata keçirildiyini bildirib.
    Gənc müəllimlərlə görüşdən məmnun olduğunu vurğulayan Ceyhun Bayramov şagirdlərin milli dəyərlər əsasında formalaşmasında hər bir müəllimin üzərinə düşən vəzifələrdən danışıb. Çıxışının sonunda nazir gənc müəllimlərə Azərbaycanın sabahı naminə fəaliyyətlərində uğurlar arzulayıb.
    Tədbirdə gənc müəllimlərdən Kürdəmir rayonu Qabil Hüseynov adına Bağman kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Xalid Bayramov və Hacıqabul rayonu Talış kənd məktəbinin ibtidai sinif müəllimi Səbinə Əhmədova çıxış edərək öz fəaliyyətləri haqqında danışıb və onlara göstərilən diqqət üçün təşəkkürlərini bildiriblər.
    Daha sonra tədbir bədii hissə ilə davam edib. Qeyd edək ki, tədbirin bədii hissəsi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) təşkilatçılığı ilə baş tutub. Bildirmək lazımdır ki, ifaçılar qismində BMA-nın tələbələri ilə yanaşı, Azərbaycan Milli Konservatoriyasının və həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim-tələbə heyəti də çıxış edib. İlk öncə səhnədə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının simli kvarteti (İfa etdi: Prezident təqaüdçüsü Orxan Hüseynov, Respublika müsabiqələr laureatları Qəmər Kərimli, Əli Əmişov, Bahadur Rzayev) Ü.Hacıbəyli "Arazbarı" əsərini ifa edib. Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri (Bədii qiraət üzrə Beynəlxalq və Respublika müsabiqələr laureatları Hüseynağa Aslanov , Sabirə Abdullayeva, Ağaəli Kərimzadə və Cabbar Paşazadə) Nəsimi irsindən - Etməgil, Neylərəm? Ayrılır şeirlərini ifa edib. Ardınca Ü. Hacıbəyli –Nizami “Sevgili Canan” romansı (İfa etdi: Bakı Musiqi Akademiyasının məzunu, Azərbaycan Dövlət Musiqili teatrın solisti Atəş Qarayev. Müşayiət etdi: Bakı Musiqi Akademiyasının məzunu, beynəlxalq müsabiqələr lauretı, Prezident təqaüdçüsü Kamil Həsənov), Steve Reich – Electric Counterpoint (İfa etdi: Əməkdar artist, Azərbaycan Milli Konservatoriyasının dosenti Sahib Paşazadə (tar)), Ü. Hacıbəyli –Fizuli “Leyli və Məcnun” operasından parça ( İfa etdiər: Azərbaycan Milli Konservatoriyasının tələbəsi, Muğam Televiziya müsabiqəsinin qalibi Nurlan Namazov və Azərbaycan Milli Konservatoriyasının tələbəsi Gülzar Fərəcova, Müşayiət etdilər: tarda Azərbaycan Milli Konservatoriyasının tələbələri Tofiq Məmmədov, kamançada Toğrul Orucov, nağarada Səyavuş Kərimov) və Ü.Hacıbəyli “Koroğlu” operasından qızların rəqsi ( İfa etdi: Bakı Xoreoqrafiya Akademiyasının rəqs ansamblı) əsərləri səsləndirilib. Peşəkar ifalarına görə iştirakçıların hamısı sertifikata layiq görülüb.