• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    22 yanvar 2019-cu il

    Qörkəmli kamança ifaçısı və əziz müəllimimin yubileyinə

    Azərbaycan xalqının könlündə milli musiqi ifaçılarımızın yeri hər zaman əziz olub. Bu ifaçılar sırasında həyatının 50 ildən artığ müddətini qədim kamança alətinə həsr edən tanınmış ifaçı, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, hörmətli müəllim, geniş qəlbli insan, professor Arif Əsədullayevin yeri vardır. O, milli musiqi pleyadasında öz layiqli yerini tutmuşdur. 2019-cu il yanvarın 22-də Arif müəllimin 70 illik yubileyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanoloqiya və akustika ” elmi-tədqiqat laboratoriyasında təmtəraqlı şəkildə qeyd edilmişdir. Laboratoriyanın bütün üzvləri yubilyarı təbrik etmiş ürəkdən gələn arzularını çatdırmışdılar. Xüsusən, Bakı Musiqi Akademiyasının elm və yaradıcılığ işləri üzrə prorektoru, əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, laboratoriyanın müdiri, sənətşünaslıq üzrə fəlsəfə elmləri doktoru Nuridə İsmayılzadə və aparıcı elmi işçi Ariz Abduləliyevin çıxışları yadda qalan olmuşdur. Digər çıxış edənlər arasında kadrlar şöbəsinin müdiri Sevda Axundova, laboratoriyanın akustika üzrə mütəxəssisi Zeynal İsayev olmuşdur. Sonda ona bütün laboratoriya adından hədiyyələr verilmişdir. Mən də öz növbəmdə bakalavrda oxuduğum müddətdə müəllimim olmuş əziz Arif müəllimə uzun ömr, can sağlığı, bütün arzularının həyata keçməsini və onun adının xalqımızın qəlbində yüzilliklər boyunca yaşamasını diləyirəm!


    Əfəndiyev Ayxan
    Laboratoriyanın kiçik elmi işçisi