10 fevral 2021-ci il
30 ilə yaxın müddətdən sonra 44 günlük Vətən müharibəsində ərazi bütövlüyü bərpa edilən torpaqlarımızın, Vətən uğrunda canından keçən əsgərlərimizin qəhrəmanlıqlarının, igidliklərinin şəninə mahnılar, şeirlər yazılmaqdadır.
BMA-nın prorektoru, professor Nərminə Quliyevanın müəllifi olduğu vətən mövzusu ilə bağlı təşkil edilən layihə çərçivəsində SSRİ Xalq artisti, professor, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli də bu mövzuya müraciət edərək, şeir yazmışdır.
Layihədə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının ll kurs (Sabah) tələbəsi Jalə İslamova (fortepiano), AMK-nın tərkibində Musiqi Kollecinin lV kurs tələbəsi Elmar İsmayılov (tar),
ADMİU-nin lll kurs tələbəsi Səma Vəliyeva (şeiri səsləndirdi) iştirak etdilər.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının ll kurs (Sabah) tələbələri Cəmalə Abdinzadə və Əzizə Ağazadə layihənin tərtibçiləridirlər.