• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    8 fevral 2021-ci il

    Yekaterina Şatrova-XXI əsrin tanınmış rus bəstəkarı və istedadlı pianoçusudur.

    Bəstəkarın müxtəlif janrda, fortepiano, xor a capella, skripka və fleyta, ümumiyyətlə bir çox instrumental musiqi alətləri üçün yazılan əsərlərində yaratdığı maraqlı harmonik yanaşmalar, caz və etnoqrafik elementlər, rəngarən, parlaq obrazlar ifaçıların bu əsərlərə tez-tez müraciət etməsinə səbəb olur.

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, professor, Əməkdar müəllim Nərminə Quliyeva və dosent Yeganə Tapdıqovanın tələbələri Əzizə Ağazadə (piano) və Fəridə Abbasova (skripka) bəstəkar Yekaterina Şatrovanın yaradıcılığına müraciət edərək, "Avanture" əsərini təqdim etmişlər