8 fevral 2021-ci il
Azərbaycanın görkəmli bəstəkarlarından biri olan Qara Qarayev (1918-1982) zəngin yaradıcılıq irsi ilə musiqi xəzinəmizə böyük tövhələr vermişdir.
Dünyaca məşhur "Yeddi gözəl", "İldırımlı yollarla", baletləri ilə yanaşı müxtəlif janrlarda möhtəşəm əsərlərin müəllifi olan Q.Qarayevin kamera-instrumental əsərləri də tanınmış ifaçıların repertuarlarına tez-tez daxil edilən əsərləndəndir.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akdemiyasının istedadlı tələbələri də Fərəh Musayeva (violin l), Fəridə Abbaszadə (violin ll), Nigar İbadullayeva (viola), Aydan Rüstəmli (cello) "Kvartet" əsərini uğurla ifa etmişlər.
Müəllim isə Ü.Hacıbəyli adına BMA-nın "İfaçılıq" fakültəsinin dekanı professor, Əməkdar İncəsənət xadimi Nəzmiyyə Abbaszadədir.