• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    6 noyabr 2026-cı il

    6 noyabr 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Fortepiano fakültəsində magistratura səviyyəsi üzrə İxtisas fənnindən aralıq imtahanı keçirilib.

    İmtahanda komissiya üzvləri qismində Akademiyanın Tədris işləri üzrə prorektoru Nərminə Quliyeva, Fortepiano fakültəsinin dekanı Nəzakət Rimazi, İxtisas fortepiano kafedrasının müdiri Samirə Aşumova, Fortepiano, orqan və klavesin kafedrasının müdiri Afaq Rüstəmova və dosent Gülnarə Mirzəyeva iştirak ediblər.

    İmtahan zamanı magistrantların ifasında təqdim olunan etüd və pyeslər dinlənilib, onların ifaçılıq bacarıqları, texniki hazırlıq səviyyəsi, musiqi əsərlərinin bədii şərhi və ifa keyfiyyəti komissiya üzvləri tərəfindən qiymətləndirilib.