• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    2 noyabr 2026-cı il

    2, 3, 4 və 5 noyabr 2026-cı il tarixlərində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Fortepiano fakültəsinin İxtisas Fortepiano kafedrasında tələbələrin İxtisas fənni üzrə imtahanları keçirilib.

    İmtahan komissiyasının tərkibində Akademiyanın Tədris işləri üzrə prorektoru Nərminə Quliyeva, Fortepiano fakültəsinin dekanı Nəzakət Rimazi, İxtisas Fortepiano kafedrasının müdiri Samirə Aşumova, Fortepiano orqan və klavesin kafedrasının müdiri Afaq Rüstəmova, dosentlər Kəmalə Mirbabayeva, Nərgiz Salmanlı, Züleyxa Abdulla və baş müəllim Elnarə Məcidova iştirak ediblər.

    İmtahan müddətində tələbələr proqramlarına uyğun olaraq iki etüd və bir pyes ifa edərək texniki hazırlıqlarını, ifaçılıq bacarıqlarını və musiqi əsərlərinin bədii-interpretasiya xüsusiyyətlərini nümayiş etdiriblər. Tələbələrin çıxışları komissiya üzvləri tərəfindən müvafiq meyarlar əsasında qiymətləndirilib.