• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    18–19 iyun 2026-cı il

    18–19 iyun tarixlərində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında magistrantların Dövlət imtahanı – magistr dissertasiyalarının müdafiəsi keçirilib.

    Dövlət Attestasiya Komissiyasına AMEA-nın müxbir üzvü, Memarlıq və İncəsənət İnstitutunun İncəsənətin qarşılıqlı əlaqələri şöbəsinin müdiri Rəna Məmmədova-Sarabskaya sədrlik edib.

    Komissiyanın tərkibində tarix-nəzəriyyə fakültəsinin dekanı, profesoor Gülzar Mahmudova, Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalarkafedrasının müdiri, professor Tariyel Məmmədov,Musiqi tarixi kafedrasının müdiri, professor Zümrüd Axundova-Dadaşzadə, Musiqi nəzəriyyəsi kafedrasının müdiri, professor Könül Nəsirova,sənətşünaslıq üzrə  elmlər doktorları İmruz Əfəndiyeva, Kəmalə Ələsgərli və Leyla Zöhrabova təmsil olunublar.

    Müdafiəyə təqdim edilən magistr dissertasiyaları musiqişünaslığın müxtəlif istiqamətlərini əhatə edib. Tədqiqatlarda çağdaş bəstəkar yaradıcılığı, muğam sənəti, müasir musiqidə yeni texnologiyaların tətbiqi, Azərbaycanda festival hərəkatı, ifaçılıq sənəti, musiqi ilə poeziyanın qarşılıqlı əlaqələri və digər aktual mövzular araşdırılıb.

    Dissertasiya müdafiələri elmi diskussiya və fəal fikir mübadiləsi şəraitində keçib. Magistrantlar əldə etdikləri elmi nəticələri təqdim edərək komissiya üzvlərinin suallarını cavablandırıblar. Çıxışlar zamanı tələbələrin əksəriyyəti yüksək hazırlıq səviyyəsi, tədqiqat mövzularına dərindən bələdlilik və analitik yanaşma nümayiş etdiriblər.

    Komissiya üzvləri təqdim olunan işlərin elmi əhəmiyyətini, mövzuların aktuallığını və magistrantların araşdırma bacarıqlarını yüksək qiymətləndiriblər. Müdafiələrin nəticələri Bakı Musiqi Akademiyasında elmi-pedaqoji fəaliyyətin və gənc tədqiqatçıların hazırlığının uğurla davam etdiyini bir daha təsdiqləyib.