• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     

    Pianoçuların  V  respublika elmi-ifaçılıq  müsabiqəsi

     

    Üzeyir Hacıbəyli adına BAKI MUSİQİ AKADEMİYASI


    BMA-nın ORTA İXTİSAS MUSİQİ MƏKTƏB-STUDİYASI


    QARA QARAYEV–100

     

    4 – 11 a p r e l 2018-ci il


    PİANOÇULARIN V RESPUBLİKA ELMİ-İFAÇILIQ MÜSABİQƏSİ

    TƏŞKİLAT KOMİTƏSİNİN VƏ MÜNSİFLƏR HEYƏTİNİN SƏDRİ – F ə r h a d B Ə D Ə L B Ə Y L İ

    LAYİHƏNİN MÜƏLLİFİ VƏ BƏDİİ RƏHBƏRİ – T ə r l a n S E Y İ D O V

     

    M Ü S A B İ Q Ə N İ N Ə S A S Ş Ə R T L Ə R İ

    1. Müsabiqənin birinci mərhələsində hər bir iştirakçısı ifa edilən əsərlərdən hər hansı birinə dair məruzə, digər əsərlərə isə annotasiya (qısa məlumat) etməli, ikinci mərhələdə isə əsərlərin konsert ifası ilə çıxış etməlidir.
    2. Müsabiqənin birinci və ikinci mərhələlərinin hər birində çıxış üçün ayrılan reqlament 8 – 15 dəqiqədir.
    3. İfaçı reqlamentə uyğun olaraq proqram seçimində sərbəstdir. İfa edilən əsərlərdən biri Q.Qarayevin fortepiano əsəri olmalıdır.

    Qeyd: 1. Məruzə və annotasiyaların əsas müddəalarının fraqmentlər şəklində (3 – 4 xanə) fortepianoda illüstrasiya edilməsi vacibdir.
    2. Məruzəyə təhlil olunan Azərbaycan bəstəkarlarının əsərlərinin səs qatarı, maye (tonallıq), kadensiyaları
    (yazılı və şifahi formada) daxil olunmalıdır.
    3. Bütün fortepiano əsərləri əzbər ifa olunmalıdır. Yalnız Qara Qarayevin fuqaları not üzündən ifa edilə bilər.

    M Ü S A B İ Q Ə N İ N Y A Ş Q R U P L A R I
    I yaş qrupu – 9-12 yaş; II yaş qrupu – 13-16 yaş; III yaş qrupu – 17 və yuxarı.


    MÜSABİQƏ ÇƏRÇİVƏSİNDƏ ELMİ-İFAÇILIQ KONFRANSI KEÇİRİLƏCƏK.


    Sənədlər (məruzə və annotasiyaların mətni ilə) 1 mart 2018-ci il tarixinə kimi bu ünvana göndərilməlidir: Bakı, Ş.Bədəlbəyli küç. 98, BMA-nın məktəb-studiyası.
    Tel: (012) 493 19 17; (012) 598 01 94; E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.