Sibelius proqramında not yığımının tədrisi
“Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrası Sibelius proqramında iş üzrə əyani və distansion tədris həyata keçirilir. Tədris proqramı elə hazırlanmışdır ki, hətta xüsusi kompyuter biliklərinə malik olmayan musiqiçi Sibeliusun not redaktorluğu üzrə müstəqil və effektiv şəkildə işləyə bilər.
Məşğələlərin növləri – fərdi və qrup şəklində.
Sibelius proqramının öyrənilməsi nəticəsində siz:
Biləcəksiniz:
- Not mətninin yaradılması üzrə Sibelius proqramının imkanlarını;
- Partituraların və alətlərin partiyalarının yaradılmasında musiqili not-qrafik kompyuter proqramlarının istifadəsinin əsaslarını.
Bacaracaqsınız:
- Sibelius not redaktorunun imkanlarından peşəkar və yaradıcılıq məsələlərinin həllində istifadə etməyi;
- Fərdi kompyuterinizi musiqiçinin bədii-yaradıcı fəaliyyətində istifadə etməyi;
- musiqi kompyuter texnologiyaları sahəsində biliklərinizi tədris fəaliyyətinizdə tətbiq etməyi.
Mənimsəyəcəksiniz:
- fərdi kompyuterinizdə Azərbaycan xalq çalğı alətləri orkestri, simfonik orkestr, nəfəsli və estrada orkestrləri (ansamblları) üzrə partituraların və orkestr partiyalarının yaradılması işinin vərdişlərini;
- orkestrlər, ansambllar, xorlar və musiqi alətləri üçün kompozisiyalar, alətləşdirmə, aranjiman üzrə not, mətn və qrafik işlərin yerinə yetirilməsi vərdişlərini.
Sibelius not redaktorunda iş üzrə kurslar:
Musiqi məktəblərinin və incəsənət məktəblərinin müəllimləri;
Ümumtəhsil məktəblərində musiqi müəllimləri;
Uşaq bağçalarının musiqi tərbiyəçiləri;
Musiqi kolleclərinin və ali musiqi məktəblərinin tələbələri;
Bəstəkarlar;
Sibelius proqramında işləmək vərdişləri əldə etmək istəyən bütün şəxslər üçün nəzərdə tutulur.