“MİLLİ MUSİQİMİZİN İKİ ZİRVƏSİ- DAHİLƏRDƏN GƏLƏCƏYƏ” adlı TƏLƏBƏ ELMİ MÜSABİQƏSİ
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
ÜZEYİR HACIBƏYLİ ADINA BAKI MUSİQİ AKADEMİYASI
TƏLƏBƏ ELMİ CƏMİYYƏTİ
“MİLLİ MUSİQİMİZİN İKİ ZİRVƏSİ- DAHİLƏRDƏN GƏLƏCƏYƏ” adlı
TƏLƏBƏ ELMİ MÜSABİQƏSİ
31 Oktyabr, Bakı
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Elmi Cəmiyyəti Sizi, Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin 140 illiyi ilə bağlı keçiriləcək müsabiqədə iştirak etməyə dəvət edir.
Azərbaycan milli musiqi məktəbinin inkişafına böyük töhfələr vermiş bu iki görkəmli bəstəkarın yaradıcılığının tədqiqi, musiqi irsinin təbliği və gənc tədqiqatçıların yaradıcılıq potensialının artırılması müsabiqənin əsas məqsədidir.
MÜSABİQƏNİN MÖVZU İSTİQAMƏTİ
1. Azərbaycan musiqi tarixində Üzeyir Hacıbəylinin rolu və əhəmiyyəti.
2. M.Maqomayevin Azərbaycan musiqi tarixində rolu və əhəmiyyəti.
3. Milli musiqişünaslığın inkişafında Ü.Hacıbəylinin rolu.
4. Muğam operalarının yaranmasına dair.
5. Ü.Hacıbəyli və M.Maqomayev yaradıcılığında milli xüsusiyyətlər.
ƏHƏMİYYƏTLİ TARİXLƏR:
Müraciət və məruzə üçün son tarix: (20.10.2025)
Məruzəyə uyğun slide’ın göndərilməsi (lazım olduqda) (8 oktyabr)
İŞÇİ DİLLƏRİ : Azərbaycan, rus, ingilis
İŞTİRAK FORMASI: Əyani, distant (Zoom platformasında), qiyabi
ÇIXIŞ MÜDDƏTİ: 10 dəqiqə
Müsabiqənin sonunda qaliblərə diplom, qalan iştirakçılara sertifikat təqdim ediləcək.
MATERİALLARIN QƏBULU ÜÇÜN TƏLƏBLƏR:
Həcmi —5 səhifə
Microsoft Word mətn redaktoru:
Şrift — Times New Roman, ölçü — 14 pt
Interval — 1,5
Abzas — 1,25 sm
Kənarlar: yuxarı və aşağı — 20 mm, sol — 30 mm, sağ — 15 mm
Xülasə Azərbaycan və ingilis və ya rus dillərində (8–10 sətir, 10 pt, interval 1)
Açar sözlər: işci dilində 8–12 söz
Mətndə istifadə olunmuş ədəbiyyata istinadlar kvadrat mötərizədə: [mənbənin sıra nömrəsi, səhifə nömrəsi]
Məqalə əlifba sırası ilə nömrələnmiş biblioqrafik siyahı ilə bitir
İŞTİRAKÇININ MÜRACİƏTİ:
Soyadı, adı, ata adı:
Təhsil yeri:
E-poçt ünvanı:
Elmi rəhbər (elmi dərəcə, elmi ad, vəzifə, iş yeri):
Mövzu istiqaməti:
Mövzu adı:
İştirak forması:
ƏLAQƏ:
Ünvan: Azərbaycan Respublikası, Bakı Ş.Bədəlbəyli küç. 98 Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası
E-poçt: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.