Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına bakalavr ixtisasları üzrə qəbul edilmiş abituriyentlərin nəzərinə!
1 kursa qəbul edilmiş abituriyentlər 2025-ci ilin 28-dən avqust tarixindən başlayaraq sentyabr ayının 8-nə kimi portal.edu.az elektron platfomasından qeydiyyatdan keçməlidir. portal.edu.az. platformasında təsdiq aldıqdan sonra sentyabr ayının 4-dən başlayaraq aşağıda göstərilən sənədləri cədvəl üzrə şəxsən Bakı Musiqi Akademiyasına təqdim etməlidirlər.
1.Şəxsiyyət vəsiqəsinin sürəti.
2. Sağlamlıq haqqında tibbi arayış.
3. Yaşayış yerindən arayış.
4. Hərbi mükəlləfiyyət haqqında sənədin sürəti. (oğlanlar üçün)
5. Təhsil haqqının ödəniş qəbzi. (ödənişli qəbul olunanlar üçün)
6. Tam orta və musiqi savadı haqqında sənədin əsli.