• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    DAHİ ÜZEYİR HACIBƏYLİNİN İRSİ DÜNYA MUSİQİ MƏDƏNİYYƏTİ KONTEKSTİNDƏ BEYNƏLXALQ ELMİ – PRAKTİKİ KONFRANS 

       


    AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ

    ÜZEYİR HACIBƏYLİ ADINA BAKI MUSİQİ AKADEMİYASI

    DAHİ  ÜZEYİR  HACIBƏYLİNİN  İRSİ  DÜNYA  MUSİQİ 

    MƏDƏNİYYƏTİ  KONTEKSTİNDƏ

    BEYNƏLXALQ  ELMİ – PRAKTİKİ   KONFRANS

    24-25 aprel  2025 il, Bakı

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası sizi, 24-25 aprel 2025-ci il tarixində Bakıda keçiriləcək “Dahi Üzeyir Hacıbəylinin irsi dünya musiqi mədəniyyəti kontekstində” adlı Beynəlxalq Elmi-Praktiki Konfransda iştirak etməyə dəvət edir.

    Konfrans, Azərbaycan bəstəkarlıq məktəbinin banisi, Şərqin ilk muğam operası “Leyli və Məcnun”un müəllifi, Azərbaycan musiqi mədəniyyətinin formalaşması və inkişafında böyük xidmətləri olan görkəmli musiqişünas və ictimai xadim Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunub.

    2025-ci ildə həm də Azərbaycanın görkəmli musiqi xadimi, bəstəkar, dirijor, Üzeyir Hacıbəylinin yaxın silahdaşı Müslüm Maqomayevin anadan olmasının 140 illiyi qeyd  olunur.

    Konfransın məqsədi – Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin yaradıcılıq və elmi irsinin yeni tarixi reallıqlara əsaslanaraq, müasir musiqi elminin baxış və yanaşmaları prizmasından dərk edilməsidir. Konfrans, həmçinin musiqişünaslığın aktual problemlərinin geniş spektrdə müzakirəsi üçün şərait yaradır.

    Konfransda iştirak etmək üçün musiqişünaslar, bəstəkarlar, ifaçılar, müəllimlər, doktorantlar və dissertantlar dəvət olunur.

     

     

            KONFRANSIN  TƏŞKİLAT  KOMİTƏSİ

    Fərhad Bədəlbəyli — Ü.Hacıbəyli adına BMA-nın rektoru, SSRİ və Azərbaycanın xalq artisti, professor.

    Nərminə Quliyeva — Ü.Hacıbəyli adına BMA-nın tədris işləri üzrə prorektoru, əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, professor.

    Gülnaz Abdullazadə — Ü.Hacıbəyli adına BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektor, əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor.

    Yeganə Axundova — Ü.Hacıbəyli adına BMA-nın beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, Azərbaycanın xalq artisti, professor.

    Gülzar Mahmudova – Ü.Hacıbəyli adına BMA-nın Tarix-nəzəriyyə fakültəsinin  dekanı, sənətşünaslıq doktoru, professor, əməkdar müəllim.

    Nuridə İsmayılzadə — Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent.

    Həqiqət Yusifova — Ü.Hacıbəyli adına BMA-nın Doktorantura və dissertantura şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent.

    İmina Əliyeva — Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının, aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru.

     

     

     

                                          KONFRANSIN   ƏSAS  İSTİQAMƏTLƏRİ:

    1. Üzeyir Hacıbəylinin ictimai-siyasi fəaliyyəti.

    2. Üzeyir Hacıbəylinin yaradıcılıq və elmi irsi dünya müstəvisində.

    3. Üzeyir Hacıbəyli və Azerbaycan professional bəstəkarlıq məktəbi.

    4. Üzeyir Hacıbəyli və muğam.

    5. Üzeyir Hacıbəyli yaradıcılığı Şərq-Qərb kontekstində.

    6. Müslüm Maqomayevin (1885–1937) Azərbaycan musiqi mədəniyyətində rolu.

    7. Milli bəstəkarlıq məktəbləri və musiqişünaslıq.

    8. Musiqişünaslığın aktual problemləri.

    9. Musiqi akustikası, musiqi terapiyası və psixoakustika.

     

     

    ƏHƏMİYYƏTLİ   TARİXLƏR:


    Müraciət və məruzə üçün son tarix 01.04. 2025

    Məruzələrin qəbulu haqqında elan:10. 04. 2025

    Qeydiyyat (iştirak haqqının ödənilməsi) 20. 04. 2025

    Məruzənin video və audio illüstrasiyalarının göndərilməsi (lazım olduqda) 20. 04.  2025

    Məruzəçinin video çəkilişinin göndərilməsi (qiyabi iştirak olduqda) 20. 04. 2025

    Konfransın keçirilmə tarixi:24-25. 04. 2025

    İŞÇİ  DİLLƏRİ: Azərbaycan, Rus, İngilis.

    İŞTİRAK  FORMASI: əyani, distant (Zoom platformasında), qiyabi (məruzəçinin video çəkilişi), qiyabi.

    MƏRUZƏNİN  MÜDDƏTİ: 10-12 dəqiqə.

    Bütün konfrans iştirakçılarına SERTİFİKAT təqdim olunacaq.

    Qəbul edilmiş bütün məqalələr konfrans materialları toplusunda dərc olunacaqdır.

    Konfransda iştirak üçün qeydiyyat haqqı  60 manatdır.

    (Bura afişaların çapı, konfrans proqramı, iştirak sertifikatı, konfrans materialları toplusu, məqalələrin ilkin redaktəsi, eləcə də texniki xidmətin təşkili xərcləri daxildir).

    Səyahət və yaşayış xərcləri ezamiyyətə göndərən qurum tərəfindən ödənilir.

    Lazım gələrsə, Təşkilat Komitəsi iştirakçılara rəsmi dəvət məktubları təqdim etməyə hazırdır.

           

    İŞTİRAKÇININ  MÜRACİƏTİ

    Soyadı, adı, ata adı

     

    Elmi dərəcəsi, elmi adı

     

    İş (təhsil) yeri        

     

    Vəzifə

     

    Ölkə, şəhər

     

    E-poçt

     

    Telefon (ölkə kodu ilə)    

     

    WhatsApp   

     

    Ev ünvanı (poçt kodu ilə)

     

    İştirak forması (əyani, distant, əyani-qiyabi, qiyabi)        

     

    Məruzənin adı        

     

     

    Konfransda iştirak üçün ərizə və məruzənin mətni elektron formada aşağıdakı formada təqdim olunur: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

    Faylın adında müəllifinin soyadı və adı (Məmmədov_İlyas) göstərilməlidir.

    Musiqi və qrafik nümunələr də əlavə olaraq ayrıca fayl kimi göndərilir.

    Mətnin orijinallığının yoxlanılması məqalə müəllifləri üçün tövsiyə olunan orijinallıq dəyərlərinə uyğun olaraq həyata keçirilir – ən azı 70%, https://sfedu.antiplagiat.ru platforma.

    Təqdim olunan məruzələr konfransın mövzusuna və tələb olunan formata uyğun olmalıdır (bax, aşağı). Məruzələrin qəbulu haqqında müəlliflərə məlumat veriləcək.

     

    MATERİALLARIN   QƏBULU  ÜÇÜN   TƏLƏBLƏR:

    • məqalənin həcmi — 6-10 səhifə;
    • Microsoft Word mətn redaktoru;
    • şrift — Times New Roman; ölçü — 14 pt.;
    • interval — 1,5;
    • sətrin abzası — 1,25 sm;
    • səhifə altı istinad (nöqtə ölçüsü — 12 pt);
    • bütün kənarlar — 2 sm,
    • xülasə — Azərbaycan, rus və İngilis dillərində 200 sözdən çox olmamalıdır
    • açar sözlər: işçi dillərin birində (azərbaycan, rus və ingilis dilində) 5-10 söz/ibarə.
    • məruzənin ingilis dilində başlığı;
    • mətndə istifadə olunmuş ədəbiyyata istinadlar kvadrat mötərizədə: [mənbənin sıra nömrəsi, səhifə nömrəsi kursivlə], məsələn, [17, 25];
    • not nümunələri "Finale" və ya "Sibelius" proqramlarında yazılır;
    • sxem və şəkillər "Acrobat Reader" və ya "Adobe Reader" proqramlarında yaradılır;
    • məqalə, əlifba sırası ilə (əvvəlcə latın, sonra kiril əlifbası ilə) avtomatik nömrələnmiş biblioqrafik siyahı ilə bitir.

     

     

    ƏLAQƏLƏR:

    Ünvan: Azərbaycan Respublikası, Bakı

    Ş.Bədəlbəyli küç. 98 Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası.

    Telefon: +994124933244; +994505350470; +994552747121

    WhatsApp: +994505350470; +994552747121

    E-poçt ünvanı: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.,  Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.