“WORLD HARMONY” VII BEYNƏLXALQ MÜSABİQƏSİ
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası |
“Harmoniya” Gürcü klassik və folklor musiqisinin inkişafı birliyi |
Bakı Musiqi Akademiyası «Harmoniya» Gürcü klassik musiqisi və folklorunun Inkişafı birliyi ilə birgə 2024-cü il dekabrın 21-dən 25-dək gənc musiqi ifaçıları üçün Bakı ş. (Azərbaycan Respublikası) VII «World Harmony» Beynəlxalq müsabiqəsini keçirir.
“WORLD HARMONY” VII BEYNƏLXALQ MÜSABİQƏSİNİN MƏQSƏDLƏRİ
1. Klassik musiqinin və milli folklorun təbliği.
2. Böyüməkdə olan nəslin fəal iştirakı və xüsusi istedadlı uşaqların aşkarlanması.
3. Müsabiqə 6 – 40 yaş arası ifaçılar “Fortepiano”, “Orkestr alətləri”, “Nəfəs və zərb alətləri”, “Vokal”, “Xor”, “Akademik və milli xor kollektivləri”, “Ümumi fortepiano”, “Kamera ansamblı”, “Konsertmeyster ustalığı”, “Dirijorluq” nominasiyaları üzrə iştirak edə bilər.
“WORLD HARMONY” VII BEYNƏLXALQ MÜSABİQƏSİNİN ŞƏRTLƏRİ
1. Müsabiqə 2024-cü il dekabr ayının 21-dən 25-dək keçirilir.
2. Müsabiqə hər il müxtəlif ölkələrdə keçirilir.
3. Müsabiqədə 6 – 40 yaş arası ifaçılar iştirak edə bilər.
4. Müsabiqə 1 mərhələdə keçirilir, hər iştirakçı diplom ilə təltif olunur.
5. Hər bir ifa açıq şəkildə keçirilir.
6. Çıxışların ardıcıllığı püşkatma yolu ilə müəyyənləşir.
7. Müsabiqə Bakı şəhərində (22.12.24) Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçiriləcək.
8. Qala konsert və mükafatlandırma Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçiriləcək (23.12.24).
MÜNSİFLƏR HEYƏTİ
1. İştirakçıları nüfuzlu münsiflər heyəti qiymətləndirəcək.
2. Münsiflər heyətinin tərkibi müsabiqə başlamazdan əvvəl elan ediləcək.
3. Münsiflər heyəti bütün mükafatları verməmək hüququna malikdir.
4. Münsiflər heyətinin qərarı həlledicidir: şikayət edilə və təkrar müzakirə oluna bilməz.
“WORLD HARMONY” VII BEYNƏLXALQ MÜSABİQƏSİNİN TƏŞKİLAR KOMITƏSİ
1. Nərminə Quliyeva – professor, BMA-nın prorektoru, Azərbaycan Gürcüstan müsabiqəsinin təsisçisi və təşkilatçısı (fortepiano).
2. Tsitsino Biçikaşvili – World Harmony" Beynəlxalq Klassik və Folklor Musiqi Müsabiqəsinin təsisçisi (fortepiano).
3. Rüstəm Şayxutdinov – Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Əməkdar İncəsənət Xadimi, Ş.Babiça adına Dövlət Mükafatı laureatı, A.Şnitke adına Moskva Dövlət Musiqi İnstitutunun professoru, Beynəlxalq müsabiqələr laureatı professor, Rusiya (fortepiano).
4. Deividas Staponkus – professor, Litva (vokal).
5. Ala Bendoraitiene – professor, Litva (fortepiano).
6. Yelena Canjalia – beynəlxalq müsabiqələrin üzvü (vokal).
7. Diana Caiani – Gürcüstanın Əməkdar müəllimi (violin).
MÜSABİQƏYƏ TƏQDİM OLUNACAQ SƏNƏDLƏR
Müsabiqədə iştirak etmək üçün aşağıda qeyd olunan sənədlər 30 noyabr 2024-cü ilə qədər təqdim edilməlidir:
1. Doğum haqqında şəhadətnamənin və ya şəxsiyyət vəsiqəsinin surəti.
2. İştirakçının təhsil haqqında diplomunun surəti və ya təhsil aldığı müəssisənin arayışı.
3. İştirakçının müsabiqə proqramı
4. Qısa yaradıcılıq tərcümeyi-halı.
Qeyd: Müsabiqədə iştirak etmək üçün sənədlər və ərizə Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına göndərilməlidir.
İştirakçı mehmanxana və yol xərclərini öz vəsaitləri hesabına həyata keçirir. Müsabiqənin Təşkilat Komitəsi iştirakçıları və onları müşayiət edən şəxsləri mehmanxana və 1 dəfə qidalanma ilə təmin edir.
P R O Q R A M
FORTEPİANO ŞÖBƏSİ
I - IV sinif (I kateqoriya)
1. Polifoniya
2. Etüd
3. Pyes
V - VII sinif (II kateqoriya)
1. Polifoniya
2. Klassik sonata – birinci hissə (sonata alleqrosu)
3. Pyes (istəyə görə)
4. Etüd (istəyə görə)
VIII - XI sinif (III kateqoriya)
1. Polifoniya
2. Klassik sonata – birinci hissə və ya variasiyalar
3. Pyes (istəyə görə)
4. Virtuoz etüd
IV kateqoriya (ali təhsil müəssisələri)
1. Polifoniya
2. Klassik sonata – birinci hissə və ya variasiyalar
3. Pyes (istəyə görə)
4. Virtuoz etüd
ORKESTR ŞÖBƏSİ
(violin, alt, çello, kontrabas)
I – IV sinif (I kateqoriya)
1. İstənilən iki pyes
2. Etüd
V – VII sinif (II kateqoriya)
1. İstənilən pyes
2. Virtuoz kapris və ya etüd
3. Virtuoz pyes və ya Konsert – I və ya II – III hissələr
VIII – XI sinif (III kateqoriya)
1. İ.S.Baxın istənilən sonatası və ya partita (bir hissə)
2. Virtuoz kapris və ya virtuoz pyes
3. Konsert - I və ya II – III hissələr
IV kateqoriya (ali təhsil müəssisələri)
1. İ.S.Baxın sonata və ya partitalarından istənilən iki hissə (müxtəlif xarakterli)
2. İki virtuoz kapris və ya iki etüd və ya bir virtuoz kapris və bir virtuoz pyes
3. Konsert – I və ya II - II hissələr
NƏFƏS ALƏTLƏRİ ŞÖBƏSİ
I – IV sinif (I kateqoriya)
1. İki pyes (istəyə görə)
V – VII sinif (II kateqoriya)
1. İki pyes (istəyə görə, müxtəlif xarakterli)
2. Bir konsert pyesi
VIII – XI sinif (III kateqoriya)
1. Virtuoz əsər
2. Bir istənilən əsər (barokko və ya klassik dövrə aid)
3. İstənilən formalı əsər (5 dəqiqəyə qədər)
IV kateqoriya (ali təhsil müəssisələri)
1. Virtuoz əsər
2. Bir istənilən əsər (barokko və ya klassik dövrə aid)
3. İstənilən formalı əsər
VOKAL ŞÖBƏSİ
А qrupu 8 – 12 yaş
1. İki istənilən əsər
В qrupu 13 – 17 yaş
1. Qərbi Avropa bəstəkarın əsəri
2. İstənilən mahnı və ya romans
3. Milli bəstəkarın ariya və ya romansı
С qrupu 18 – 25 yaş
1. Romans
2. Qədim ariya
3. Milli bəstəkarın ariya və ya romansı
D qrupu 26 – 30 yaş
1. Qədim ariya (V.A.Motsartın əsərlərinin ifası arzu olunur)
2. Orijinal dildə Qərbi Avropa ariyası
3. Milli bəstəkarın əsəri
E qrupu 30 – 40 yaş
1. Qədim ariya (V.A.Motsartın əsərlərinin ifası arzu olunur)
2. Orijinal dildə Qərbi Avropa ariyası
3. İri həcmli ariya (stretta, kabaletta)
AZƏRBAYCAN VƏ MİLLİ XOR KOLLEKTİVLƏRİ
IV kateqoriya (ali təhsil müəssisələri)
Üç istənilən əsər (onlardan biri milli bəstəkarın əsəri olmalıdır)
XOR DİRİJORLUĞU
IV kateqoriya (ali təhsil müəssisələri)
1. Qarışıq ölçülər ilə a capella əsəri.
2. Opera səhnəsi, kantata, oratoriya, messa, rekviem janrlarından 1 hissə.
3. Azərbaycan bəstəkarlarına məxsus olan əsərlərdən biri.
KONSERTMEYSTER USTALIĞI
VIII – XI sinif (III kateqoriya)
1. Ariya
2. Azərbaycan bəstəkarının romansı
3. İnstrumental pyes.
IV kateqoriya (ali təhsil müəssisələri)
1. Klassik ariya;
2. Duet və ya operadan irihəcmli ariya;
3. 2 müxtəlif xarakterli romans (romanslardan biri Azərbaycan bəstəkarının olmalıdır);
4. İrihəcmli instrumental əsər.
KAMERA ANSAMBLI
Nominasiyasında fortepiano və müxtəlif ələrlər ücün yazılmış irihəcmli əsərlər (sonata, trio, kvartet, kvintet və s.) ifa olunur
VIII – XI sinif (III kateqoriya)
1. Klassik, romantizm, müasir dövrün əsərlərindən hissələr – maksimum 20 dəq.
IV kateqoriya (ali təhsil müəssisələri tələbələri və məzunları)
1. Klassik, romantizm, müasir dövrün əsərlərindən hissələr – maksimum 30 dəq.
ÜMUMI FORTEPIANO
VIII – XI sinif (III kateqoriya)
1. Polifoniya
2. Pyes (istəyə görə)
3. Virtuoz etüd
IV kateqoriya (ali təhsil müəssisələri)
1. Polifoniya
2. Klassik sonata – birinci hissə və ya variasiyalar
3. Pyes (istəyə görə)
4. Virtuoz etüd
“WORLD HARMONY” VII BEYNƏLXALQ MÜSABİQƏSİ İŞTİRAKÇI ANKETİ |