«MUSİQİ TƏLİM VƏ TƏRBİYƏ PROSESİNDƏ ƏNƏNƏLƏR VƏ İNNOVASİYALAR» adlı respublika elmi-praktiki konfrans
AZƏRBAYCAN RESPUBLİKASI
ELM VƏ TƏHSİL NAZİRLİYİ
ÜZEYİR HACIBƏYLİ ADINA BAKI MUSİQİ AKADEMİYASI
METODİKA VƏ XÜSUSİ PEDAQOJİ HAZIRLIQ KAFEDRASI
-------------------------------------------------------
MUSİQİ TƏLİM VƏ TƏRBİYƏ PROSESİNDƏ ƏNƏNƏLƏR VƏ İNNOVASİYALAR.
AZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏKDAR İNCƏSƏNƏT XADİMİ, PROFESSOR
ELMİRA SƏFƏROVANIN 90 İLLİYİNƏ HƏSR OLUNAN
TƏLƏBƏLƏRİN ELMİ-PRAKTİKİ RESPUBLİKA
K O N F R A N S I
BAKI - 3-4 dekabr - 2024
Hörmətli tələbələr!
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və «Metodika və xüsusi pedaqoji hazırlıq kafedrası» Sizi 3-4 dekabr 2024 il tarıxində
Azərbaycan respublikasının əməkdar incəsənət xadimi, professor
Elmira Səfərovanın
90 illiyinə həsr olunan
«MUSİQİ TƏLİM VƏ TƏRBİYƏ PROSESİNDƏ ƏNƏNƏLƏR VƏ İNNOVASİYALAR»
adlı respublika elmi-praktiki konfransda iştirak etməyə dəvət edir
Konfrans 2024-cü ilin 3-4 dekabr ayında keçirilir.
Konfransda iştirak üçün ali təhsil müəssisələrinin bakalavr və magistr pilləsinin tələbələri dəvət olunurlar.
Konfransda iştirak üçün ərizə və məruzənin mətni elektron formada aşağıdakı qaydalara uyğun olaraq, göstərilən E-poçt ünvanına yollanılır:
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Əhəmiyyətli tarixlər:
Müraciət və məruzə üçün son tarix 15.11.2024 il.
Konfransın keçirilmə tarixi – 3-4 dekabr 2024 il.
Konfrasın işçi dilləri: azərbaycan və rus
Konfransın iştirak forması: əyani, distant (zoom platformasında) və qiyabi (məruzəçinin video çəkilişi)
Məruzənin müddəti 10-15 dəqiqə (müzakirələr daxil olmaqla)
Təşkilat komitəsi iştirakçılara rəsmi dəvət məktubları təqdim etməyə hazırdır.
Iştirakçının müraciət vərəqəsi:
Soy adı, adı, ata adı_________________________________________________
Təhsil müəssisəsi____________________________________________________
Fəkültə_______________________________________
Təhsil pilləsi_____________________________________
Ev ünvanı (poçt kodu ilə)_____________________________
E-poçt_________________________
Whats App ______________________________
Iştirak forması (əyani, distant, qiyabi)_____________________________
Məruzənin adı__________________________________________________
Materialların qəbulu üçün tələblər:
-məqalənin həcmi – 5-6 səhifə;
-Microsoft Word mətn redaktoru;
-şrifti – Times New Roman, ölçü -14 pt, interval – 1,5, sətrin abzası- 1,25 sm, bütün kənarlar – 2 sm.
-mətndə istifadə olunmuş ədəbiyyata istinadlar kvadrat mötərizədə [mənbənin sıra nömrəsi, səhifə nömrəsi kursivlə], məsələn [3,56].
-məqal, əlifba sırası ilə avtomatik nömrələnmiş, biblioqrafik siyahı ilə bitir.
Əlaqələr:
Ünvan: Azərbaycan Respublikası, Bakı, Ş.Bədəlbəyli küçəsi, 98. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası.
Telefon: 994 012 493-21-14; 994 012 493 -06-12; 994 012 493-79-04
Whats App: 994 050 204-34-24; 994 050-317-31-60; 994 051 542-73-38
LAYİHƏNİN RƏHBƏRİ – FƏRHAD BƏDƏLBƏYLİ
Azərbaycan Respublikasının Xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor.
Təşkilat komitəsi:
Nərminə Quliyeva Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektor, Azərbaycan Respublikasının Əməkdar müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, professor.
Gülnaz Abdullazade - Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elm və yaradıcılıq işləri üzrə prorektor, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, fəlsəfə elmlər doktoru, professor.
Yeganə Axundova - Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, Azərbaycan Respublikasının Xalq artisti, professor
Nazəkət Rimazi - Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Fortepiano fakültəsinin dekanı, Azərbaycan Respublikasının Əməkdar müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor.
Gülzar Mahmudova – Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Musiqi tarixi və nəzəriyyə fakültəsinin dekanı, Azərbaycan Respublikasının Əməkdar müəllimi, sənətşünaslıq doktoru, professor.
Nəzmiyyə Abbaszadə - Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İfaçılıq fakültəsinin dekanı, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, professor.
Elnarə Məmmədova - Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor.
Tamilla Kəngərlinskaya - Azərbaycan Respublikasının Əməkdar müəllimi, pedaqoji elmlər doktoru professor.