• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Elan! Bakalavr- 2024

    Bakı Musiqi Akademiyasının bakalavr ixtisaslarına qəbul edilənlər   28 avqustdan 06 sentyabr 2024-cü il tarixə qədər  Elm və Təhsil Nazirliyinin portal.edu.az  saytında  qeydiyyatdan  keçmək üçün orta  və musiqi haqqında sənədlərin surətini və tibbi arayışı skan edib yerləşdirməlidir. Qeydiyyat düzgün edildikdə təsdiqedici mesaj gələcək.

    Onlayn qeydiyyatdan keçdikdən sonra, şəxsiyyət vəsiqəsinin sürətini, yaşayış yerindən arayışı, rəngli foto 3/4 (6 ədəd), orta və musiqi haqqında sənədlərin əslini, tibbi arayışı, təhsil ödənişli olduğda təhsil haqqının tam ödənilməsi haqqında qəbzin sürətini, oğlanlar isə həmçinin hərbi mükəlləfiyyət haqqında sənədin sürətini faylda Bakı Musiqi Akademiyasına aşağıdakı cədvəl üzrə gətirməlidirlər:

    04  sentyabr  saat 12.00-14.00  kimi - Musiqişünaslıq, Dirijorluq, Bəstəkarlıq, Solo oxuma

    05 sentyabr saat 12.00-14.00 kimi - Musiqi müəllimliyi , Estrada sənəti, İnstrumental ifaçılıq(simli və nəfəs alətləri)

    06  sentyabr saat 12.00-14.00 kimi - İnstrumental ifaçılıq (fortepiano,orqan,klavesin)