• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    İslam Dünyası gənc klassik musiqi ifaçılarının 12-ci Beynəlxalq müsabiqə

    Müsabiqəsinin iştirak ərizəsi

    İslam Dünyası gənc klassik musiqi  ifaçılarının

    (20 yaşa dək) 12-ci (on-line) Beynəlxalq  müsabiqəsinin

    Ə s a s n a m ə s i

    Bakı şəhəri. Azərbaycan

    I. Müsabiqənin məqsəd və vəzifələri:

    1. Gənc istedadların aşkar edilməsi.

    2. Beynəlxalq təcrübə və fikir mübadiləsi.

    3. Yaradacılıq yollarının təyin edilməsi.

    4. Xarici ölkələrdən cəlb olunan yeniyetmə və gənclərdə Azərbaycan mədəniyyəti və incəsənəti haqqında geniş təsəvvürün yaradılması.

    5. Gənc istedadların musiqi sənəti sahəsində multikultural Qərb – Şərq dialoqu çərçivəsində estetik səviyyələrinin artırılması.

    II. Müsabiqənin təsisçi və təşkilatçısı:

    “Kainat” Gənclik Mərkəzi.

    Dəstəkləyənlər:

    - AR Gənclər və İdman Nazirliyi

    - AR Mədəniyyət Nazirliyi

    - ISESCO (İslam Əməkdaşlıq Təşkilatının Elm, Təhsil və Mədəniyyət məsələləri üzrə qurumu)

    - Bakı Musiqi Akademiyası

    Beynəlxalq münsiflər heyətinin sədri – AR Xalq Artisti,  Bakı Musiqi Akademiyasının prorektoru, pyanoçu-bəstəkar Yeganə Axundova.

    III. Tarix:

    Müsabiqənin təşkili və keçirilməsi ilə bağlı təsisçi tərəfindən təşkilat komitəsi yaradılır.

    IV. İştirakçılardan video çəkilişlərlə bağlı xüsusi tələb olunanlar:

    Müsabiqədə 20 yaşınadək yeniyetmə və gənc instrumental ifaçı-müsiqiçilər iştirak edə bilərlər. Ərizələri qəbul edilmiş hər bir ifaçı, yalnız cədvəl üzrə təyin ediləcək. Müsabiqədə ifa olunan proqram, sənədlərlə bərabər göndərilməlidir. İfaçılar hazır video materialları Youtube-da və ya digər internet resurslarında yerləşdirilməsi haqqında təşkilat komitəsinə istinad linkləri göndərməlidir.

    - Əsas şərtlərdən biri də, ifa olunacaq əsəsrlərin çəkilişi zamanı kamera söndürülmədən birbaşa yazılmalıdır.

    - musiqi nömrələrinin ayrı-ayrı video yazı kimi təqdim olunmasına icazə verilmir.

    - çəkilişlər sinif otaqlarının, kiçik zalların və ya digər uyğun məkanlarında təbii akustika imkanlarından istifadə etməklə aparılmalıdır.

    - hazır materialların hər hansı bir redaktəsinə, montajina icazə verilmir.

    - çəkiliş ifaçının əllərinin və üzünün aydın görünməsi şərti ilə bir planda aparılmalıdır.

    Yaş qrupları:

    Kiçik qrup – 15 yaşadək.

    Böyük qrup – 16-20 yaş arası.

    Musiqi əsərlərinin (3 əsər)  həcmi :

    kiçik qrup üçün  - 15 dəqiqəyə qədər,

    böyük qrup üçün -  20 dəqiqəyə qədər nəzərdə tutulub.

    İştirakçılar təklif olunan reqlamentə mütləq riayət etməlidirlər.  Proqrama polifonik əsərlər, dünya klassik musiqi nümunələri və Azərbaycan bəstəkarlarının əsərləri daxil olunmalıdır. - 2 müxtəlif xarakterli əsər , eləcədə  Azərbaycan bəstəkarının əsəri.

    İştirakçıların nəzərinə:

    İştirakçı yalnız müraciət ərizəsində sifariş edilən əsərləri ifa etməlidir. Proqrama edilə biləcək hər hansı bir dəyişiklik münsiflər heyətinin bütün üzvlərinin razılığı ilə baş tuta bilər. 

                     ( http://e-library.musigi-dunya.az/library_az.html)

    Nominasiyalar:

    1. Piano solo, orqan solo, klavesin solo;

    2. Simli alətlər solo;

    3. Nəfəs alətləri solo.

     

    V. Mükafatlandırma:

    Mükafatların təyin və təqdim olunmasında iştirak edəcək münsiflər heyəti Azərbaycandan və müsabiqəyə qatılacaq xarici ölkələrdən sənət adamlarından ibarət olacaq.

     Qiymətləndirilmə iştirakçılar haqqında tələb olunan məlumatlarla bağlı tərtib olunmuş çədvəlin münsiflər heyəti tərəfindən doldurulması yolu ilə aparılacaq. Sonradan bu nəticələr ümumi rəy cədvəlində toplanaraq, son qərar verilməsi üçün müsabiqənin təşkilat komitəsinin rəsmi elektron ünvanına göndərilməlidir. Bütün mərhələlər üzrə münsiflər heyətinin qərarı müzakirə olunmur.

    Münsiflər heyəti  diplomların və pul qrantlarının sayını təsisi  hüququnu özündə saxlayır.

    Münsiflər heyəti müsabiqənin aşağıdakı mükafatlarını təyin edir:

    - Qran Pri.

    - 1, 2, 3 dərəcəli laureatlar (hər iki yaş qrupu üzrə).

    - müsabiqədə uğurlu iştirakına görə diplomlar.

    - Müxtəlif nominasiyalar üzrə sertifikatlar (fortepiano, simli və nəfəs alətləri)

    VI. Müsabiqənin keçirilmə qaydaları:

    Müsabiqə  bir  turda  on-line keçiriləcək.

    Maliyyələşmə qaydaları:

    Müsabiqənin büdcəsi təşkilat komitəsi tərəfindən təsdiq edilmiş xərclər smetası üzrə formalaşır. Layihənin maliyyələşməsində dövlət qurumları ilə yanaşı kommersiya təşkilatları, ictimai birliklər, xeyriyyə cəmiyyətləri və həmçinin iş adamları da iştirak edə bilərlər. Müsabiqənin təşkilat komitəsi sponsorlara və tərəfdaşlara tədbirin işıqlandırılmasında istifadə olunacaq bütün formalarda reklam məlumatlarının yerləşdirilməsinə zəmanət verir. Sponsor və tərəfdaşlar şəxsi nominasiyalar üzrə öz mükafatlarını təsis edə bilərlər.

    Example :

    - Ən gənc iştirakçıya;

    - Artistizm üçün;

    - İstedad və yaradıcı perspektiv üçün;

    - azərbaycan bəstəkarın əsərinin virtuoz ifası üçün.

    Təşkilat Komitəsi iştirakçılar üçün üzvlük haqqı müəyyən etmir.

    Təşkilat Komitəsinə foto-şəkil, şəxsiyyəti təsdiq edən sənədin , ərizə anket mütləq təqdim olunmalıdır. Bu sənədlərin elektron formada (e-mail) təşkilat komitəsinə çatdırılması 2024-ci ilin noyabr ayının 20 tarixinə qədər məqbuldur.

    Telefonlar: +99412 493 03 81,

    Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

    “Təşkilat Komitəsi”