• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Bakı Musiqi Akademiyasının magistraturasına qəbul   edilmiş bakalavrlar 24 iyul  2024-cü il tarixində  11.00- dən  16.00-dək aşağıdaki sənədləri   BMA-ya    gətirməlidir:

    1. Şəxsiyyət vəsiqəsinin sürəti.

    2.Yaşayış yerindən arayış.

    3. foto 3/4 (6 ədəd).

    4. Ali təhsil  haqqında sənədin əsli (cari ilin məzunları üçün arayış).

    5. Tibbi arayış.

    6. Hərbi mükəlləfiyyət  haqqında sənədin sürəti (ancaq oğlanlar üçün).

    7. Təhsil ödənişli olduğda təhsil haqqının tam ödənilməsi haqqında qəbzin sürəti.

    Qəbul edilənlər   məlumat  anketi  və ali məktəblə  təhsilalan arasında  fərdi müqavilə imzalayacaqlar.