• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Qara Qarayev adına VI Respublika elmi-ifaçılıq müsabiqəsinin ikinci mərhələsinə start verildi.

      

    Qeyd edək ki, ümumilikdə müraciət edən 150-yə yaxın gənc ifaçıdan 67-si müsabiqənin ikinci turunda iştirak etmək hüququ qazanmışdır.
    Professor Tərlan Seyidovun müəllif layihəsi əsasında həyata keçirilən müsabiqənin münsiflər heyətinin və təşkilat komitəsinin sədri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəylidir.
    Sevindiricidir ki, artıq 6-cı dəfədir həyata keçiriləcək elmi-ifaçılıq müsabiqəsinə Bakı şəhər məktəblərindən əlavə respublikanın Ağdam, Ağdaş, Bərdə, Biləsuvar, Gəncə, Goranboy, Göyçay, Quba, Qubadlı, Neftçala, Samux, Sumqayıt, Şamaxı, Şəki, Şirvan, Zaqatala və s. kimi şəhər və rayonların musiqi təhsil müəssisələrindən  3 nominasiya üzrə gənc musiqiçilər qatılmışlar.
    Vurğulamaq gərəkdir ki, ilk turda iştirakçılar ifa etdikləri əsərlər barədə elmi məruzə ilə çıxış etmiş və ifa ediləcək proqramın təfərrüatlı təhlili əsərlərdən seçilən fraqmentlər əsasında nümayiş etdirilmişdir.
    İkinci mərhələdə iştirakçı proqramı bütövlüklə ifa etməlidir.
    Professor Tərlan Seyidovun müəllif layihəsi və birbaşa başçılığı altında 1983-cü ildən etibarən keçirilən elmi-ifaçılıq silsilə müsabiqələri ölkəmizin mədəni həyatında mühüm hadisə kimi yadda qalmışdır. 2010-cu ildə isə böyük bəstəkar Qara Qarayev adına Birinci Beynəlxalq elmi-ifaçılıq müsabiqəsi uğurla keçirilmiş və ölkə hüdudlarından kənarda da səda salmış və marağa səbəb olmuşdur.
    Bu kimi müsabiqələrin keçirilməsi gənc musiqiçilərin ifaçılıq bacarığı ilə yanaşı, nəzəri biliklərinin, habelə, ifadəli nitq qabiliyyətlərinin hansı səviyyədə olmasını açıq aşkar nümayiş etdirməklə, həm də mövcud nöqsanlarla bağlı ölçü götürməkdə və yeni metodların hazırlanmasında yardımçı rolunu oynayır.