• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Gulmira Fəxri qızı Qəhrəmanova tərəfindən 6213.01 - Musiqi sənəti ixtisasında sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilən “Bəstəkar Məmməd Quliyevin xor əsərlərinin üslub xüsusiyyətləri” dissertasiya işinin elmi seminarı.

    24 yanvar 2024-cü il saat 14:00 - da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində fəaliyyət göstərən FD 2.36 dissertasiya şurasının 6213.01 – “Musiqi sənəti” ixtisası üzrə Elmi Seminarının iclasında iddiaçı Gulmira Fəxri qızı Qəhrəmanova tərəfindən 6213.01 - Musiqi sənəti ixtisasında sənətşünaslıq sahəsində fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilən “Bəstəkar Məmməd Quliyevin xor əsərlərinin üslub xüsusiyyətləri” mövzusunda dissertasiya işinin müzakirəsi keçiriləcəkdir. Müzakirə Bakı Musiqi Akademiyasında təşkil olunacaqdır.

    Mövzu:  Gulmira Fəxri qızı Qəhrəmanova tərəfindən 6213.01 - Musiqi sənəti ixtisasında sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilən “Bəstəkar Məmməd Quliyevin xor əsərlərinin üslub xüsusiyyətləri” dissertasiya işinin elmi seminarı. 

    Tarix:  24 yanvar 2024, saat 14:00