• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Fidan İrza qızı Nəsirova tərəfindən 6213.01 - “Musiqi sənəti” ixtisasında sənətşünaslıq elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilən “BƏSTƏKAR ZÜLFÜQAR HACIBƏYOVUN VOKAL-İNSTRUMENTAL YARADICILIĞI” dissertasiya işinin elmi seminarı

     

    28 noyabr 2023-cü il saat 16:00 - da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində fəaliyyət göstərən FD 2.36 Dissertasiya Şurasının 6213.01 – “Musiqi sənəti” ixtisası üzrə Elmi Seminarının iclasında iddiaçı Fidan İrza qızı Nəsirova tərəfindən 6213.01 -  “Musiqi sənəti” ixtisasında sənətşünaslıq elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilən “BƏSTƏKAR ZÜLFÜQAR HACIBƏYOVUN VOKAL-İNSTRUMENTAL YARADICILIĞI” mövzusunda dissertasiya işinin müzakirəsi keçiriləcəkdir. Müzakirə Bakı Musiqi Akademiyasında təşkil olunacaqdır.

    Mövzu: Fidan İrza qızı Nəsirova tərəfindən 6213.01 - “Musiqi sənəti” ixtisasında sənətşünaslıq elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilən “BƏSTƏKAR ZÜLFÜQAR HACIBƏYOVUN VOKAL-İNSTRUMENTAL YARADICILIĞI” dissertasiya işinin elmi seminarı.