• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Arzu Nuru qızı İsmayılovanın “İbtidai fortepiano təlimi prosesində polifonik əsərlərin öyrənilməsi probleminin xüsusiyyətləri ” mövzusunda 5801.01 – “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (musiqinin tədrisi metodikası)” ixtisasında pedaqogika elm sahəsi üzrə fəlsəfə doktorluq dissertasiyasının müdafiəsi

     

    30 oktyabr 2023-cü il saat 14:00-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən FD 2.36 Dissertasiya şurasında iddiaçı Arzu Nuru qızı İsmayılova tərəfindən 5801.01 – “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (musiqinin tədrisi metodikası)” ixtisasında pedaqogika elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilən “İbtidai fortepiano təlimi prosesində polifonik əsərlərin öyrənilməsi probleminin xüsusiyyətləri” mövzusunda dissertasiya işinin müdafiəsi keçirələcəkdir. Müdafiə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Qara Qarayev adına Konfrans zalında təşkil olunacaqdır.

    Tarix: 30 oktyabr 2023, saat 14:00

    Zoom proqramına qoşulmaq üçün aşağıdakı link vasitəsilə daxil olun:     

    https://us02web.zoom.us/j/6769009462?pwd=amU4ZS9JUElMbnFiajhVeWIzNHV4dz09

    Müdafiənin identifikatoru: 676 900 9462

    Giriş kodu: 123456