• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    “Türk Cümhuriyyəti – 100”

       

    ELAN

    Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin

    03 fevral 2023-cü il № 329/2 -668/2023 qərarına əsasən

     

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında

    26-27 oktyabr 2023-cü il tarixində

     

    Türk Cümhuriyyəti – 100

     mövzusunda

     

    Beynəlxalq elmi-praktiki   konfrans

    keçiriləcəkdir

    (Onlayn və offlayn formatda)

     

    Konfransın sonunda iştirakçılara Sertifikat və nəşr olunmuş məqalələr toplusu təqdim ediləcək

    Məqalələrin qəbulu davam edir.

    İştirak və müraciət üçün bütün məlumatlar Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. informasiya resursunda yerləşdirilmişdir

                                                     Təşkilat  komitəsi