“AKADEMİK, XALQ VƏ CAZ MUSİQİSİ” II RESPUBLİKA MÜSABİQƏSİ
Azərbaycanın Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının yaradıcısı, professor Tərlan Seyidovun müəllif layihəsi əsasında “Akademik, xalq və caz musiqisi” İkinci Respublika müsabiqəsinə start verildi.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və BMA-nın məktəb-studiyasınıntəşkilatçılığı ilə keçirilən müsabiqə musiqi sənətinin üç əsas istiqamətinə – klassik, xalq yaradıcılığı və cazmusiqisinə həsr olunur. Müsabiqənin təşkilat komitəsinin və münsiflər heyətinin sədri SSRİ və Azərbaycanın Xalq artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəylidir.
Layihə iki mərhələdən ibarət olmaqla həyata keçiriləcək. Birinci turun seçimləri iştirakçıların müsabiqənin qaydalarına uyğun olaraq hazırladıqlarıifaların videoyazısı əsasında baş tutacaq. Qeyd edək ki, videoyazılar “Youtube” sosial platformasına yerləşdirilməlidir. İkinci turda isə canlı ifa nümayiş etdiriləcək. Müsabiqənin iştirakçıları üç yaş kateqoriyasında (I qrup – 8-12 yaş, II qrup – 13-16 yaş, III qrup – 17-23 yaş) “Fortepiano”, “Simli alətlər”, “Nəfəs və zərb alətləri”, “Vokal” nominasiyaları üzrə bölünüblər.
Müsabiqədə iştirak etmək üçün Bakıdan və respublikanın 14 regionundan (Ağdam, Ağdaş, Bərdə, Quba, Qubadlı, Gəncə, Qəbələ, Saatlı, Salyan, Sumqayıt, Neftçala, Şabran, Şəki, Şirvan) musiqi məktəbləri, habelə, orta və ali musiqi təhsili müəssisələrindən fortepiano, violin, fleyta və vokal ixtisasları üzrə 110-dan çox gənc musiqiçi müraciət etmişdir.
Hazırda birinci tur iştirakçılarının qiymətləndirilməsi prosesi davam edir. İkinci tur isə 2023-cü il noyabrın 13-dən 18-dək keçiriləcək. Müsabiqənin qaliblərinə laureat adı veriləcək.
“Akademik, xalq və caz musiqisi” müsabiqəsinin keçirilməsi öz aktuallığını saxlamaqla yanaşı, janrlararası əlaqələrin inkişafına və təkmilləşdirilməsinə öz töhfəsini verir.
Əməkdar incəsənət xadimi,
sənətşünaslıq üzrə elmlər doktoru, professor
Tərlan Seyidovun müəllif layihəsi əsasında
MÜSABİQƏNİN TƏŞKİLATÇISI
ÜZEYİR HACIBƏYLİ adına BAKI MUSİQİ AKADEMİYASI
TƏŞKİLAT KOMİTƏSİNİN VƏ MÜNSİFLƏR HEYƏTİNİN SƏDRİ
BMA-nın rektoru, SSRİ və AR xalq artisti, professor
Fərhad BƏDƏLBƏYLİ
MÜSABİQƏNİN ƏSAS ŞƏRTLƏRİ
1. Müsabiqə 3 yaş qrupu üzrə 2 turda (I tur – seçim turu) “Fortepiano”, “Simli alətlər”, “Nəfəs və zərb alətləri”, “Vokal” nominasiyaları üzrə keçirilir.
2. I tur (seçim turu) videoçəkiliş əsasında keçiriləcək. Videoçəkiliş YouTube saytına yerləşdirilməli və linki sənədlərlə birgə Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına göndərilməlidir.
İfanın videoçəkilişi zamanı əsərin əvvəlindən sonuna qədər montajsız, arası kəsilmədən və dayanmadan aparılmalıdır. Proqramın ifası zamanı nominasiyadan asılı olaraq ifaçının siması, əlləri, musiqi aləti, hərəkətləri aydın görünməlidir.
II turda münsiflər heyətinin qərarı ilə bütün nominasiyalar üzrə hər yaş qrupunda maksimum 30 nəfər iştirak edə bilər.
3. Proqramın ifa reqlamenti 15 dəqiqəyə qədərdir.
4. Bütün notların surəti (kseroks) sənədlərlə birlikdə göndərilməlidir. Azərbaycan xalq musiqisinin köçürməsi və ya işləməsinin notunun üzərində isə məqam qeyd olunmalıdır.
5. Qaliblər münsiflər heyəti tərəfindən müəyyən edilərək “Akademik, xalq və caz musiqisi” II Respublika Müsabiqəsinin laureatı adına layiq görülür. Diplom alan şəxslərə “Akademik, xalq və caz musiqisi” II Respublika Müsabiqəsinin diplomantı adı verilir.
6. Əvvəlki illərdə keçirilən respublika və beynəlxalq "Akademik, xalq və caz musiqisi” festival və müsabiqələri qalibləri təkrar iştirak edə bilməz.
7. Müsabiqə iştirakçılarını öz konsertmeysterləri müşayiət etməlidir.
8. İştirakçıların və onları müşayiət edən müəllim və konsertmeysterlərin müsabiqədə iştirakı ilə bağlı təşkilatı məsələlərin həlli və ezamiyyə xərcləri öz vəsaitləri hesabına həyata keçirilir.
9. Münsiflər heyətinin qərarı həlledicidir: şikayət edilə və təkrar müzakirə oluna bilməz.
10. Müsabiqə laureatları Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük Zalında yekun konsertdə iştirak edəcəklər.
QEYD: II turda iştirak etmək hüququ qazanmayan iştirakçılara heç bir sənəd verilmir.
MÜSABİQƏNİN PROQRAMI
1. İştirakçı üç əsər ifa etməlidir:
2. Akademik musiqi janrında əsər (XVII – XXI əsr)
3. Azərbaycan xalq musiqisinin köçürməsi və ya işləməsi
4. Caz üslubunda pyes
MÜSABİQƏNİN YAŞ QRUPLARI
(iştirakçının yaşı müsabiqənin başlanma tarixi ilə müəyyən olunur)
I qrup – 8 – 12 yaş (vokal üzrə 10 – 12 yaş); II qrup – 13 – 16 yaş; III qrup – 17 – 23 yaş
MÜSABİQƏYƏ TƏQDİM OLUNACAQ SƏNƏDLƏR
1. Müsabiqə iştirakçılarının ərizə-anketi (əlavə)
2. Doğum haqqında şəhadətnamənin və ya şəxsiyyət vəsiqəsinin surəti.
3. İştirakçının təhsil aldığı müəssisənin arayışı.
4. Foto şəkil.
5. Bütün notların surəti (kseroks) sənədlərlə birlikdə göndərilməlidir. Azərbaycan xalq musiqisinin köçürməsi və ya işləməsinin notunda isə məqam qeyd olunmalıdır.
QEYD: Hər bir iştirakçının sənədləri tək-tək göndərilməli və elektron poçtun mövzu bölməsinə iştirakçının soyadı, ata adı, yaşı və məktəbi qeyd olunmalıdır.
Göndərilən sənədlər tam, düzgün, iştirakçının yaşına və müsabiqənin tələblərinə uyğun olmazsa, iştirakçı müsabiqəyə buraxılmayacaq.
MÜSABİQƏNİN TARİXİ: 13 noyabr – 18 noyabr 2023
SƏNƏD QƏBULU: 25 may – 15 oktyabr 2023 (qeyri iş günlərində sənəd qəbul edilmir)
Telefon: (+99412) 493 19 17; (+99412) 598 01 94
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Anketa |
“Təsdiq edirəm”
Üzeyir Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının
rektoru, professor
Fərhad BƏDƏLBƏYLİ
" " ––––––––– 2023-cü il
Əməkdar incəsənət xadimi,
sənətşünaslıq üzrə elmlər doktoru, professor
Tərlan Seyidovun müəllif layihəsi əsasında
“AKADEMİK, XALQ VƏ CAZ MUSİQİSİ” II RESPUBLİKA MÜSABİQƏSİ
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, 13 – 18 noyabr 2023-cü il
Ə S A S N A M Ə
Təsisçilər:
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası
BMA-nın "Metodika və Xüsusi pedaqoji hazırlıq" kafedrası
BMA-nın Orta ixtisas musiqi məktəb-studiyası
MÜSABİQƏNİN MƏQSƏD VƏ İNNOVASİYASI
1. Müsabiqə bir layihə çərçivəsində musiqi incəsənətinin bütün əsas janrlarını – akademik, xalq yaradıcılığı və caz üzrə əsərlərin ifa olunma bacarığının nümayiş etdirilməsi məqsədini daşıyaraq, gənc musiqiçilərin ustalığının bütün yaradıcı aspektlərdən göstərilməsi, müxtəlif dövrlərin üslub və janrlarının mənimsənilməsi, milli Azərbaycan və müasir bəstəkar yaradıcılığı sahəsində dərin biliklərin aşkar edilməsindən ibarətdir.
2. Müsabiqə ifaçı-musiqiçilərin kompleks şəkilli tədrisi sistemində daha bir pillədir.
MÜSABİQƏNİN ƏSAS ŞƏRTLƏRİ
1. Müsabiqə 3 yaş qrupu üzrə 2 turda (I tur – seçim turu) aşağıda qeyd olunan nominasiyalar üzrə keçirilir:
- Fortepiano
- Simli alətlər
- Nəfəs və zərb alətləri
- Vokal
- 2. I tur (seçim turu) videoçəkiliş əsasında keçiriləcək. Videoçəkiliş YouTube saytına yerləşdirilməli və linki Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına göndərilməlidir.
İfanın videoçəkilişi zamanı əsərin əvvəlindən sonuna qədər montajsız, arası kəsilmədən və dayanmadan aparılmalıdır. Proqramın ifası zamanı nominasiyadan asılı olaraq ifaçının siması, əlləri, musiqi aləti, hərəkətləri aydın görünməlidir.
II turda münsiflər heyətinin qərarı ilə bütün nominasiyalar üzrə hər yaş qrupunda maksimum 30 nəfər iştirak edə bilər.
3. Proqramın ifa reqlamenti 15 dəqiqəyə qədərdir.
4. Bütün notların surəti (kseroks) sənədlərlə birlikdə göndərilməlidir. Azərbaycan xalq musiqisinin köçürməsi və ya işləməsinin notunun üzərində isə məqam qeyd olunmalıdır.
5. Qaliblər münsiflər heyəti tərəfindən müəyyən edilərək “Akademik, xalq və caz musiqisi” II Respublika Müsabiqəsinin laureatı adına layiq görülür. Diplom alan şəxslərə “Akademik, xalq və caz musiqisi” II Respublika Müsabiqəsinin diplomantı adı verilir.
6. Əvvəlki illərdə keçirilən respublika və beynəlxalq "Akademik, xalq və caz musiqisi” festival və müsabiqələri qalibləri təkrar iştirak edə bilməz.
7. Müsabiqə iştirakçılarını öz konsertmeysterləri müşayiət etməlidir.
8. İştirakçıların və onları müşayiət edən müəllim və konsertmeysterlərin müsabiqədə iştirakı ilə bağlı təşkilatı məsələlərin həlli və ezamiyyə xərcləri öz vəsaitləri hesabına həyata keçirilir.
9. Münsiflər heyətinin qərarı həlledicidir: şikayət edilə və təkrar müzakirə oluna bilməz.
10. Müsabiqə laureatları Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük Zalında yekun konsertdə iştirak edəcəklər.
QEYD: II turda iştirak etmək hüququ qazanmayan iştirakçılara heç bir sənəd verilmir.
MÜSABİQƏNİN PROQRAMI
İştirakçı üç əsər ifa etməlidir:
1. Akademik musiqi janrında əsər (XVII – XXI əsr);
2. Azərbaycan xalq musiqisinin köçürməsi və ya işləməsi;
3. Caz üslubunda pyes
MÜSABİQƏNİN YAŞ QRUPLARI
(iştirakçının yaşı müsabiqənin başlanma tarixi ilə müəyyən olunur)
I qrup – 8 – 12 yaş (Vokal üzrə 10 – 12 yaş)
II qrup – 13 – 16 yaş
III qrup – 17 – 23 yaş
MÜSABİQƏYƏ TƏQDİM OLUNACAQ SƏNƏDLƏR
1. Müsabiqə iştirakçılarının ərizə-anketi (əlavə)
2. Doğum haqqında şəhadətnamənin və ya şəxsiyyət vəsiqəsinin surəti.
3. İştirakçının təhsil aldığı müəssisənin arayışı.
4. Foto şəkil.
5. Bütün notların surəti (kseroks) sənədlərlə birlikdə göndərilməlidir. Azərbaycan xalq musiqisinin köçürməsi və ya işləməsinin notunda isə məqam qeyd olunmalıdır.
QEYD: Hər bir iştirakçının sənədləri tək-tək göndərilməli və elektron poçtun mövzu bölməsinə iştirakçının soyadı, ata adı, yaşı və məktəbi qeyd olunmalıdır.
Göndərilən sənədlər tam, düzgün, iştirakçının yaşına və müsabiqənin tələblərinə uyğun olmazsa, iştirakçı müsabiqəyə buraxılmayacaq.
ƏRİZƏ VERMƏNİN QAYDASI
Müsabiqədə iştirak etmək istəyənlər may ayının 25-dən sentyabr ayının 30-na qədər olan tarixlərdə (qeyri iş günlərində sənəd qəbul edilmir) yuxarıda qeyd olunan sənədləri Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına göndərməlidirlər.
MÜSABİQƏNİN TARİXİ: 13 noyabr – 18 noyabr 2023
SƏNƏD QƏBULU: 25 may – 30 sentyabr 2023 (qeyri iş günlərində sənəd qəbul edilmir)
Telefon: (+99412) 493 19 17; (+99412) 598 01 94
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.