• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası 2023-cü ili Azərbaycanda “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar və Ümummilli liderin 100 illiyi çərçivəsində bəstəkar, Xalq artisti, professor Azər Dadaşovun əsərlərinin ən yaxşı ifasına görə Respublika violin ifaçılarının müsabiqəsini elan edir

     

     

    Müsabiqə 27 – 28 noyabr 2023-cü il tarixində Bakı şəhərində keçiriləcək

    və 2 mərhələdən ibarət olacaq

    Müsabiqədə iştirak üçün yaş məhdudiyyəti yoxdur

     

    Müsabiqənin təşkilat komitəsinin və münsiflər heyətinin sədri BMA-nın rektoru, SSRİ və Azərbaycanın xalq artisti, professor

    Fərhad Bədəlbəylidir

     

    Müsabiqənin birinci turunun proqramı:

    Azər Dadaşovun violin və fortepiano üçün aşağıdakı əsərlərindən ikisi –

    “Ariya”, “Xocalı ağrısı”, “Zəriflik”, “Həmd-Səna”, “Noktürn”, “Tokkata”, “Skertso”, “Qəmli rəqs”

     

    İkinci turun mütləq proqramı:

    Violin və kamera orkestri üçün əsərlər –

    Ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Poema”, “Adagietto və Skertsino”

     

    Qaliblərə pul mükafatları və diplomlar təqdim olunur.

    1-ci yer - 1000 manat və 1-ci dərəcəli Diplom

    II yer - 700 manat və II dərəcəli Diplom

    III yer - 400 manat və III dərəcəli Diplom.

     

    Müsabiqədə iştirak etmək istəyənlər ərizəni və birinci turun proqramını

    2023-cü il 20 noyabr tarixinə qədər Bakı Musiqi Akademiyasına təqdim etməlidirlər.

    Məlumat üçün telefon: (012) 493 06 22

    Бакинская Музыкальная Академия им. У.Гаджибейли в рамках

    «Года Гейдара Алиева», объявленного в Азербайджане в 2023 году, объявляет Республиканский конкурс скрипачей на лучшее исполнение произведений композитора, народного артиста, профессора

    Азера Дадашева

     

    Конкурс пройдет 27 – 28 ноября 2023 года в Баку и будет состоять из 2-х туров

    Возрастных ограничений для участия в конкурсе нет

     

    Председатель организационного комитета конкурса и председатель жюри –

    ректор БМА, народный артист СССР и Азербайджана, профессор

    Фархад Бадалбейли

     

    Программа перового тура конкурса:

    два из перечисленных ниже сочинений Азера Дадашева для скрипки и фортепиано - «Ария», «Боль Ходжалы», «Нежность», «Аллилуйя», «Ноктюрн», «Токката», «Скерцо», «Печальный танец».

     

    Обязательная программа второго тура:

    Произведения для скрипки и камерного оркестра –

     «Поэма», посвященная Общенациональному лидеру Гейдару Алиеву,

    «Адажиетто и Скерцино»

     

    Победителям вручаются денежные премии и дипломы.

    I место - 1000 манат и Диплом I степени

    II место - 700 манат и Диплом II степени

    III место - 400 манат и Диплом III степени.

     

    Желающие принять участие в конкурсе должны до 20-го ноября 2023 года представить Бакинскую Музыкальную Академию заявление и программу

    первого тура.

    Телефон для справок: (012) 493 06 22.