Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası arasında Anlaşma Memorandumunun imzalanması mərasiminin keçirilməsinə dair
Press Reliz
( Bakı, 7 aprel 2023-cü il saat - 14:30)
Yer: Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası
7 aprel 2023-cü il tarixində saat 14:30-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası arasında Anlaşma Memorandumunun imzalanması mərasimi keçiriləcəkdir.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ümumtürk irsinin qorunması, dünyada təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində fəaliyyət göstərməkdədir. Fond tərəfindən Bakı Musiqi Akademiyası ilə birgə əməkdaşlığın gücləndirilməsi yönündə imzalanan Anlaşma Memorandumu Türk dövlətlərinin Ali musiqi təhsil müəssisələri arasında qarşılıqlı əlaqələrin və mədəni mübadilələrin yaradılmasına, Türk Dünyasının musiqisinin inkişafına, eləcə də beynəlxalq səviyyədə tanıdılmasına töhfə vermək məqsədini daşıyır.
Tədbirdə Fonda üzv və müşahidəçi ölkələrin səfirləri, Türk Əməkdaşlıq Təşkilatlarının rəhbər və nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər. Tədbirin rəsmi hissəsi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin giriş sözləri ilə açılacaqdır.
Tədbirin bədii hissəsində Bakı Musiqi Akademiyasının tələbələri tərəfindən Türk xalqlarının milli musiqisi ifa ediləcək, mahnıları səsləndiriləcəkdir.