“Xatirə” adlı konsert
1 mart 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Baki Musiqi Akademiyasının Böyük zalında Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, professor Oqtay Abasquliyev, Əməkdar müəllim, professor Leyla Abasquliyeva və Kamil Abasquliyevə həsr olunmuş “Xatirə” adlı konsert təşkil ediləcəkdir. Konsertin bədii rəhbəri Əməkdar müəllim, professor Gülnarə Acalovadır. Musiqili gecədə “Cadenza Conteporary Orchestra”, Tutu Aydınoğlu, Səbinə Əsədova, Nərgiz Kəngərli, Tofiq Şıxıyev, Vurğun Vəkilov, Ümidə Abasova, Anar Məmmədov, Yuliya Kərimova, Afaq Qarayeva, Mahir Tağızadə, Camalə Abdinzadə, İlahə Məmmədova, Rəşad Abdullayev öz ifalarını təqdim edəcəklər. Proqramda Azərbaycan, Rus və Qərbi-Avropa bəstəkarlarının əsərləri səslənəcəkdir.