• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    «MÜASİR MUSİQİ TƏLİM-TƏRBİYƏSİNDƏ İNNOVASİYALAR VƏ PERSPEKTİVLƏR» adlı respublika elmi-praktiki konfransında iştirak etməyə dəvət edir.

     

    AZƏRBAYCAN RESPUBLİKASI

     

    ELM VƏ TƏHSİL NAZİRLİYİ

     

    ÜZEYİR HACIBƏYLİ ADINA BAKI MUSİQİ AKADEMİYASI

     

    METODİKA VƏ XÜSUSİ PEDAQOJİ HAZIRLIQ KAFEDRASI

     

     

    MÜASİR MUSİQİ TƏLİM-TƏRBİYƏSİNDƏ İNNOVASİYALAR VƏ PERSPEKTİVLƏR.

     

      

    AZƏRBAYCANIN ÜMUMMİLLİ LİDERİ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 100 İLLİYİNƏ HƏSR OLUNAN  TƏLƏBƏLƏRİN ELMİ-PRAKTİKİ   RESPUBLİKA

      

    K O N F R A N S I

     

     BAKI -  29-30 MART-  2023

     

    Hörmətli tələbələr!

     

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının «Metodika və xüsusi pedaqoji hazırlıq kafedrası» Sizi 29-30 mart tarixində Azərbaycanın Ümummilli Lideri Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan

     

    «MÜASİR MUSİQİ TƏLİM-TƏRBİYƏSİNDƏ İNNOVASİYALAR VƏ PERSPEKTİVLƏR» adlı respublika elmi-praktiki konfransında iştirak etməyə dəvət edir.

     

    Konfrans 2023-cü ilin «Heydər Əliyev ili» elan edilməsi haqqında Azərbaycan Respublikası Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamına əsasən keçiriləçəkdir.

     

    Müasir Azərbaycanın quruluşunda Ümummilli Lider Ulu Öndər Heydər Əliyevin aparıcı rolu və əvəzsis xidmətləri daima elmi və digər platformalarda müzakirə olunmalı və təşkil olunan konfrans tələbələr üçün yaradılmış dəyərli bir fürsətdir. Konfransda iştirak üçün ali təhsil müəssisələrinin bakalavr və magistr pilləsinin tələbələri dəvət olunurlar.

     

    Konfransda iştirak üçün ərizə və məruzənin mətni elektron formada aşağıdakı qaydalara tələb olaraq, göstərilən  E-poçt ünvanına yollanılır:  

     

    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.  

     

    Əhəmiyyətli tarixlər:

     

    Müraciət və məruzə üçün son tarix 20.03.2023 il.

     

    Konfransın keçirilmə tarixi – 29-30 mart 2023 il.

      

    Konfrasın işçi dilləri:  Azərbaycan və rus

     

    Konfransda iştirak forması: əyani, distant (zoom platformasında) və qiyabi (məruzəçinin video çəkilişi)

     

    Məruzənin müddəti 10-15 dəqiqə (müzakirələr daxil olmaqla)

     

    Təşkilat komitəsi iştirakçılara rəsmi dəvət məktubları təqdim etməyə hazırdır.

     

     

    İştirakçının müraciət vərəqəsi:

     

    Soy adı, adı, ata adı_________________________________________________

     

    Təhsil müəsisəsi_____________________________________________________

     

    Fakültə_________________________________

     

    ______

     

    Təhsil pilləsi_____________________________________

     

    Ev ünvanı (poçt kodu ilə)_____________________________

     

    E-poçt_________________________

     

    Whats App ______________________________

     

    İştirak forması (əyani, distant, qiyabi)_____________________________

     

    Məruzənin adı__________________________________________________

     

     

    Materialların qəbulu üçün tələblər:

     

    -məqalənin həcmi – 5-6 səhifə;

     

    -Microsoft Word mətin redaktoru;

     

    -şirifti – Timse New Roman, ölçü -14 pt, interval – 1,5, sətrin abzası- 1,25 sm, bütün kənarlar – 2 sm.

     

    -mətndə istifadə olunmuş ədəbiyyata istinadlar kvadrat mötərizədə [mənbənin sıra nömrəsi, səhifə nömrəsi kursivlə], məsələn [3,56].  

     

    -məqalə,  əlifba sırası ilə avtomatik nömrələnmiş, biblioqrafik siyahı ilə bitir.

     

    Əlaqələr:

     

    Ünvan: Azərbaycan respublikası, Bakı, Ş.Bədəlbəyli küçəsi, 98. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası.

     

    Telefon: 994 012 493-21-14;   994 012 493 -06-12;  994 012 493-79-04

     

    Whats App: 994 050204-34-24;  994 050-317-31-60; 994 051 542-73-38

     

    LAHİYYƏNİN RƏHBƏRİ – FƏRHAD BƏDƏLBƏYLİ  

     

    Azərbaycan Respublikasının Xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor.

     

    Təşkilat komitəsi:

    Nərminə Quliyeva - Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektor, Azərbaycan Respublikasının Əməkdar müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, professor.  

     

    Gülnaz Abdullazade - Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elm və yaradıcılıq işləri üzrə prorektor, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, fəlsəfə elmlər doktoru, professor.

     

    Yeganə Axundova - Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, Azərbaycan Respublikasının Xalq artisti, professor

     

    Nazəkət Rimazi - Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Fortepiano fakültəsinin dekanı, Azərbaycan Respublikasının Əməkdar

     

    müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor.

     

    Gülzar Mahmudova – Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tarix və nəzəriyyə fakültəsinin dekanı, Azərbaycan Respublikasının Əməkdar müəllimi, sənətşünaslıq doktoru, professor.

     

    Nəzmiyyə Abbaszadə - Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İfaçılıq fakültəsinin dekanı, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, professor.

     

    Elnarə Məmmədova -  Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor.

     

    Tamilla Kəngərlinskaya - Azərbaycan Respublikasının Əməkdar müəllimi, pedaqoji elmlər doktoru professor.

     

    Aliyə Məmmədova – tələbə elmi cəmiyyətinin sədr müavini