Aleksandr Skryabin. Fəlsəfə ilə musiqinin qovuşması
16 fevral saat 15.00-da BMA-nın Q.Qarayev adına konfrans zalında “Fəlsəfə ilə musiqinin qovuşması” adlı tədbir keçiriləcəkdir. Tədbirdə modernizmin və simvolizmin parlaq nümayəndəsi olan Aleksandr Skryabinin yaradıcılığı xatırlanacaq və onun ən məşhur əsərlərindən olan 12 etüd, op. 8 ifa olunacaqdır.
Pianoda Norveçdə yaşayan həmyerlimiz, BMA-nın bakalavr səviyyəsinin məzunu, Norveç-Oslo Norges Musikkhøgskole (bakalavr, vokal), Stavangerdə Stavanger Musikkonservatorium magistr səviyyəsinin məzunu, beynəlxalq müsabiqələr laureatı Əhməd Mirzəyev ifa edəcəkdir.
Mühazirəçi: fəlsəfə üzrə fəlsəfə doktoru, Azərbaycan İlahiyyat İnstitutunun dosenti Müşfiq Ötgün (Şükürov).