• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Azərbaycan musiqi mədəniyyətinin inkişafında Heydər Əliyevin rolu Respublika elmi-praktiki konfrans 26-27 aprel 2023 il, Bakı

    AZƏRBAYCAN RESPUBLİKASI        

    ELM VƏ TƏHSİL NAZİRLİYİ 

    ÜZEYİR HACIBƏYLİ ADINA

     BAKI MUSİQİ AKADEMİYASI

                                                              

    Hörmətli həmkarlar!

     

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası sizi, 26-27 aprel 2023 il tarixlərində Bakıda keçiriləcək “Azərbaycan musiqi mədəniyyətin inkişafında Heydər Əliyevin rolu” adlı Respublika elmi-praktiki  konfransda iştirak etməyə dəvət edir.

    Konfrans, 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin  29 sentyabr 2022-ci il tarixli sərəncamına əsasən Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə  həsr olunur. Zəmanəmizin müasir çağırışları kontekstində Heydər Əliyevin əvəzsiz xidmətləri daima müxtəlif elmi platformalarda müzakirə olunmalı və təşkil olunan konfrans alimlər üçün yaradılmış növbəti bir fürsətdir.

    Konfransda iştirak etmək üçün ali və orta ixtisas təhsili müəssisələrinin müəllimləri, elmi işçilər, elmi və yaradıcılıq birliklərinin üzvləri, doktorantlar, aspirantlar, stajor assistentlər, habelə ali təhsil müəssisələrinin tələbə və magistrantları dəvət olunurlar.

     

        Konfransın təşkilat komitəsi

     

    Fərhad Bədəlbəyli — Ü.Hacıbəyli adına BMA-nın rektoru, SSRİ və Azərbaycanın xalq artisti, professor.

    Nərminə Quliyeva — Ü.Hacıbəyli adına BMA-nın tədris işləri üzrə prorektoru, əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor.

    Gülnaz Abdullazadə – Ü.Hacıbəyli adına BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektor, əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor.

    Yeganə Axundova – Ü.Hacıbəyli adına BMA-nın beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, Azərbaycanın xalq artisti, professor.

    Nuridə İsmayılzadə – Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent.

    Həbibə Məmmədova – Bakı Xoreoqrafiya Akademiyasının elmi katibi,Ü. Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent.

     

    Konfransın əsas istiqamətləri:

    1. Azərbaycan bəstəkarlıq tarixində Heydər Əliyev mərhələsi.

    2. Azərbaycan musiqi ictimai həyatında Heydər Əliyevin istiqamətləndirici rolu.

    3. Musiqişünaslıq və bəstəkarlıq yaradıcılığında Heydər Əliyev portreti.

    4. Heydər Əliyev  ənənələrinin davamçıları.

     

         Əhəmiyyətli tarixlər:

    Müraciət və məruzə üçün son tarix: 01.04.2023

    Məruzələrin qəbulu haqqında elan: 10.04.2023

    Qeydiyyat (iştirak haqqının ödənilməsi): 20.04.2023

    Məruzənin video və audio illüstrasiyalarının göndərilməsi (lazım olduqda): 20.04.2023

    Məruzəçinin video çəkilişinin göndərilməsi (qiyabi iştirak olduqda): 20.04.2023

    Konfransın keçirilmə tarixi: 26-27, 04.2023

     

     

    İşçi dilləri: Azərbaycan, Rus.

    İştirak forması: əyani, distant (Zoom platformasında), qiyabi (məruzəçinin video çəkilişi),
    qiyabi.

    Məruzənin müddəti: 10-15 dəqiqə (müzakirələr daxil olmaqla).

    Bütün konfrans iştirakçılarına Sertifikat təqdim olunacaq.

    Qəbul edilmiş bütün məqalələr konfrans materialları toplusunda dərc olunacaqdır.

    Konfransda iştirak üçün qeydiyyat haqqı  30 manatdır.

    (Bura afişaların çapı, konfrans proqramı, iştirak sertifikatı, konfrans materialları toplusu,
    məqalələrin ilkin redaktəsi, eləcə də texniki xidmətin təşkili xərcləri daxildir).

    Səyahət və yaşayış xərcləri ezamiyyətə göndərən qurum tərəfindən ödənilir.

    Lazım gələrsə, Təşkilat Komitəsi iştirakçılara rəsmi dəvət məktubları təqdim etməyə hazırdır.

                            

    İŞTİRAKÇININ MÜRACİƏTİ

     

    Soyadı, adı, ata adı

     

    Elmi dərəcəsi, elmi adı

     

    İş (təhsil) yeri

     

    Vəzifə

     

    Ölkə, şəhər

     

    E-poçt

     

    Telefon (ölkə kodu ilə)

     

    WhatsApp

     

    Ev ünvanı (poçt kodu ilə)

     

    İştirak forması (əyani, distant, əyani-qiyabi, qiyabi)

     

    Məruzənin adı

     

     

    Konfransda iştirak üçün ərizə və məruzənin mətni elektron formada aşağıdakı formada təqdim olunur: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

    Faylın adında müəllifinin soyadı və adı (Məmmədov_İlyas) göstərilməlidir.

    Musiqi və qrafik nümunələr də əlavə olaraq ayrıca fayl kimi göndərilir.

    Mətnin orijinallığının yoxlanılması məqalə müəllifləri üçün tövsiyə olunan orijinallıq dəyərlərinə uyğun olaraq həyata keçirilir – ən azı 70%, https://sfedu.antiplagiat.ru platforma

     

    Materialların qəbulu üçün tələblər:

    • məqalənin həcmi — 10 səhifəyə qədər;
    • Microsoft Word mətn redaktoru;
    • şrift — Times New Roman; ölçü — 14 pt.;
    • interval — 1,5;
    • sətrin abzası – 1,25 sm;
    • səhifə altı istinad (nöqtə ölçüsü – 12 pt);
    • bütün kənarlar – 2 sm,
    • xülasə— Azərbaycan, rus və İngilis dillərində 200 sözdən çox olmamalıdır
    • açar sözlər: işçi dillərin birində (azərbaycan, rus və ingilis dilində) 5-10 söz/ibarə.
    • məruzənin ingilis dilində başlığı;
    • mətndə istifadə olunmuş ədəbiyyata istinadlar kvadrat mötərizədə: [mənbənin sıra nömrəsi, səhifə nömrəsi kursivlə], məsələn, [17, 25];
    • not nümunələri "Finale" və ya "Sibelius" proqramlarında yazılır;
    • sxem və şəkillər "Acrobat Reader" və ya "Adobe Reader" proqramlarında yaradılır;
    • məqalə, əlifba sırası ilə (əvvəlcə latın, sonra kiril əlifbası ilə) avtomatik nömrələnmiş biblioqrafik siyahı ilə bitir.

     

     

     

    Əlaqələr:

     

    Ünvan: Azərbaycan Respublikası, Bakı, Ş.Bədəlbəyli küç. 98 Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası.

    Telefon: +994124933244; +994505350470; +994552747121

    WhatsApp: +994505350470; +994552747121

    E-poçt ünvanı: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.