• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    E L A N!

     

    TƏCRÜBƏ VƏ KARYERA ŞÖBƏSİNİN TƏŞKİLATÇILIĞI İLƏ 1-15 DEKABR 2022-Cİ İL

    Ü.HACIBƏYLİ ADINA BAKI MUSİQİ AKADEMİYASINDA

    TƏDRİS OLUNAN İXTİSASLAR ÜZRƏ (YUXARI SİNİF ŞAGİRDLƏRİ, ABİTURİYENT, İXTİSASARTIRMA, MƏSLƏHƏT VƏ S. )

    AÇIQ QAPI VƏ USTAD DƏRSLƏRİ GÜNLƏRİ  KEÇİRİLƏCƏKDİR.

     

    İxtisas

    Həftənin günləri

    Saat

    Qeydiyyat otağı

    Fortepiano

    I, IV

    09:00-15:00

    227

    Fortepiano

    II, V

    12:00-17:00

    227

    Fortepiano

    III

    15:00-17:00

    227

    Simli alətlər

    I,III,V

    12:00-15:00

    227

    Simli alətlər

    I, IV

    15:00-18:00

    227

    Simli alətlər

    II, V

    10:00-14:00

    227

    Musiqişünas

    I, IV, V

    13:00-16:00

    227

    Bəstəkar

    II,V

    13:00-16:00

    227

    Xor-dirijor

    I, IV

    10:00-16:00

    227

    Nəfəs və zərb alətləri

    I,IV

    10:00-15:00

    227

    Nəfəs və zərb alətləri

    III

    10:00-14:00

    227