• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    E L A N!

     

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi və ümummilli liderin 100 illik yubileyi ilə əlaqədar bəstəkar, Xalq artisti, professor Azər Dadaşovun əsərlərinin ən yaxşı ifası üzrə skripka ifaçılarının Respublika müsabiqəsini elan edir. Müsabiqə 3-4 may 2023-cü il tarixlərində Bakı şəhərində keçiriləcək və 2 turdan ibarət olacaqdır. Müsabiqədə iştirak üçün yaş məhdudiyyəti yoxdur.

    Müsabiqənin təşkilat komitəsinin və münsiflər heyətinin sədri BMA-nın rektoru, SSRİ və Azərbaycanın xalq artisti, professor Fərhad Bədəlbəylidir.

    Birinci turunun proqramı: Azər Dadaşovun skripka və fortepiano üçün bəstələdiyi aşağıdakı əsərlərdən ikisi – “Ariya”, “Xocalı ağrıları”, “Naziklik”, “Alleluiya”, “Noktürn”. İkinci turun vacib proqramı: Ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Poema”, həmçinin “Adagietto və Şerçino”.

     Qaliblərə pul mükafatları və diplomlar təqdim olunacaqdır:

    I yer - 1000 manat və l dərəcəli Diplom

    II yer - 700 manat və II dərəcəli Diplom

     III yer - 400 manat və III dərəcəli Diplom. Müsabiqədə iştirak etmək istəyənlər ərizəni və birinci turun proqramını 2023-cü il may ayının 1-dək Bakı Musiqi Akademiyasına təqdim etməlidirlər. Məlumat üçün telefon: (012) 493 06 22.

     

      

                                  Объявление!

     

     Бакинская Музыкальная Академия им. У.Гаджибейли  в связи с объявлением 2023-го года «Годом Гейдара Алиева» и 100-летием общенационального лидера объявляет Республиканский конкурс скрипачей на лучшее исполнение произведений композитора, народного артиста, профессора Азера Дадашева.

     Конкурс пройдет 3-4 мая 2023 года в Баку и будет состоять из 2-х туров. Возрастных ограничений для участия в конкурсе нет.

     Председатель организационного комитета конкурса и председатель жюри – ректор БМА, народный артист СССР и Азербайджана, профессор Фархад Бадалбейли.

     Программа перового тура конкурса:  два из перечисленных ниже сочинений Азера Дадашева для скрипки и фортепиано - «Ария», «Боль Ходжалы», «Нежность», «Аллилуйя», «Ноктюрн».

     Обязательная программа второго тура: «Поэма», посвященная общенациональному лидеру Гейдару Алиеву, а также «Адажиетто и Скерцино».  

     Победителям вручаются денежные премии и дипломы.

     I место - 1000 манатов и Диплом I степени

     II место - 700 манатов и Диплом II степени

     III место - 400 манатов и Диплом III степени.

     Желающие принять участие в конкурсе должны до первого мая 2023 года представить в Бакинскую Музыкальную Академию  заявление и программу первого тура. Телефон для справок : (012) 493 06 22.