• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    “Ənənəvi və klassik dəyərlər multikultural mühitdə”

    Elm və Təhsil Nazirliyinin

    11 yanvar 2022-ci il 03-11-14/15 qərarına əsasən

     Ü.HACIBƏYLİ ADINA BAKI MUSİQİ

    AKADEMİYASINDA

    6-7 dekabr 2022-ci il tarixində

                  “Ənənəvi və klassik dəyərlər   multikultural mühitdə”

    (Onlayn və offlayn formatda)

    BEYNƏLXALQ FƏNLƏRARASI ELMİ-  PRAKTİKİ

    KONFRANS KEÇİRİLƏCƏK

    Konfransın sonunda iştirakçılara

     Sertifikat və nəşr olunmuş məqalələr toplusu təqdim ediləcək 

     Məqalələrin qəbulu davam edir

         İştirak  və müraciət üçün bütün məlumatlar   Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. informasiya   resursunda yerləşdirilib

                                                                    Təşkilat komitəsi