• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası aşağıdakı  kafedralarda vakant  yerləri tutmaq üçün müsabiqə elan edir

       

    Nəfəs və zərb alətləri kafedrası

    Dosent                                                            

     

    İxtisas fortepiano kafedrası

    Professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru   

    Müəllim  

                                                                

    Fortepiano, orqan, klavesin kafedrası

    Kafedra müdiri, pedaqoji elmlər namizədi         

    Professor                                                              

    Baş müəllim                                                        

     

    Musiqi tarixi kafedrası

    Baş müəllim                                                      

     

    Musiqi nəzəriyyəsi kafedrası

    Kafedra müdiri, sənətşünaslıq namizədi             

    Baş müəllim                                                        

     

    Solo oxuma və opera hazırlığı kafedrası

    Baş müəllim                                                        

     

    “Şifahi, ənənəli Azərbaycan professional musiqisi  və  onun yeni istiqamətlərinin tədqiqi”: orqanologiya və akustika elmi laboratoriyası

    Aparıcı elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru               

    Elmi işçi                                                                                    

     

     

    Müsabiqə müddəti  elan qəzetdə  dərc edildikdən  sonra  bir aydır.

    Ərizə və sənədlər  müsabiqə haqqında əsasnaməyə uyğun rektorun adına bu ünvana göndərilə bilər.

    Bakı şəhəri, Az-1014. Ş.Bədəlbəyli küçəsi 98.