Amil Əkbər oğlu Əsgərovun “Naxçıvanda ənənəvi müsiqi ifaçılığı sənətinin xüsusiyyətləri” mövzusunda elmlər doktorluq dissertasiyasının elmi seminarı
30 sentyabr 2022-ci il saat 15:00-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən BED 2.36/1 Dissertasiya şurasının 6213.01 – Musiqi sənəti, sənətşünaslıq elm sahəsi üzrə Elmi seminarının iclasında iddiaçı Amil Əkbər oğlu Əsgərov tərəfindən elmlər doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi “Naxçıvanda ənənəvi musiqi ifaçılığı sənətinin xüsusiyyətləri” mövzusunda dissertasiya işinin müzakirəsi keçiriləcəkdir. Müzakirə xüsusi karantin rejimi dövründə dissertasiya şuralarının nəzdində fəaliyyət göstərən elmi seminarlarda müzakirələrin təşkili və keçirilməsinə dair Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 29.01.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tələblər” əsasında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təşkil olunacaqdır.
Mövzu: Amil Əkbər oğlu Əsgərovun “Naxçıvanda ənənəvi müsiqi ifaçılığı sənətinin xüsusiyyətləri” mövzusunda elmlər doktorluq dissertasiyasının elmi seminarı
Tarix: 30 sentyabr 2022, saat 15:00.