• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı

     

    18 - 26 sentyabr 2022-ci il

    TƏDBİRLƏR PLANI

    Tədbirin adı

    Keçirilmə yeri

    Saat

     

     

    18 sentyabr (Bazar günü)

     

    Üzeyir Musiqi Gününə həsr olunmuş tədbir 

    İştirak edirlər:

    Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri

    Azərbaycan Dövlət Xor Kapellası və BMA-nın tələbə xoru, Azərbaycan Dövlət Rəqs Ansamblı, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri

    Açıq havada - Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında

     

     

    11.30

     

     

    19 sentyabr (Bazar ertəsi)

     

    Pianoçu Rəna Şereşevskayanın ustad dərsi

    Rəvan Paşazadə (Bülbül adına Orta İxtisas Musiqi Məktəbi)

    Bakı Musiqi Akademiyası

    13.00

     

    Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri

    Dirijor: Orxan Həşimov

    Solistlər:

    Fəridə Məmmədova (vokal)

    Eldəniz Ələkbərzadə (piano)

    Zakir Əsədov (piano)

    Proqram:

    Т.Qasımzadə - "Zühur”

    A.Qəmbərli - "Hüzn"

    T.İbişov Fortepiano və kamera orkestri üçün konsert

    Q.Qarayev – Klassik süita

    F.Qarayev - Fortepiano və kamera orkestri üçün konsert

    Bakı Musiqi Akademiyasının Böyük Zalı

     

    18.00

     

     

     

    20 sentyabr (Çərşənbə axşamı)

     

    Fransadan dəvət olunmuş Olivye Qardonun ustad dərsi (piano)

    Bakı Musiqi Akademiyası

    14.00

     

    “Şuşa ili” çərçivəsində

    Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri

    Dirijor: Ağaverdi Paşayev

    Solist: Fərhad Bədəlbəyli

    Şuşa şəhəri

    14.00

     

     

    21 sentyabr (Çərşənbə)

     

    Vyana müsabiqəsinin qalibləri

    Aleksander Maria Vaqner (Almaniya), Qriqorios İoannou (Yunanıstan)

    Bakı Musiqi Akademiyasının Böyük Zalı

    16.00

     

     

    22 sentyabr (Cümə axşamı)

     

    Vyana müsabiqəsinin qalibləri

    Heli Kanq (Cənubi Koreya), Anna Leyerer (Avstriya)

    Bakı Musiqi Akademiyasının Böyük Zalı

    16.00

     

     24 sentyabr (Şənbə) 

    Baku Chamber Orchestra

    Dirijor: Mirian Kukhunaşvili (Gürcüstan)

    Solist: Kristina Miller (piano, Avstriya)

    Proqram: Ü.Hacıbəyli – “Arazbarı”

    F.Şopen – Fortepiano və orkestr üçün 1 saylı konsert

    B.Britten – Simple Symphony

    G.Kançeli – “Daneliada”

    F.Əmirov – “1001 gecə” baletindən Şəhrizadın bayramı

    Bakı Musiqi Akademiyasının Böyük Zalı

    17.00