Pərvin Abbas qızı Rüstəmovanın “Azərbaycan bəstəkarlarının fortepiano konsertlərinin zaman paradiqması və üslub xüsusiyyətləri (XXI əsr)” mövzusunda 6213.01 – “Musiqi sənəti” ixtisasında sənətşünaslıq elm sahəsi üzrə fəlsəfə doktorluq dissertasiyasının müdafiəsi
7 oktyabr 2022-ci il saat 12:00-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən FD 2.36 Dissertasiya şurasında iddiaçı Pərvin Abbas qızı Rüstəmova tərəfindən 6213.01 – Musiqi sənəti ixtisasında sənətşünaslıq elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilən “Azərbaycan bəstəkarlarının fortepiano konsertlərinin zaman paradiqması və üslub xüsusiyyətləri (XXI əsr)” mövzusunda dissertasiya işinin müdafiəsi keçirələcəkdir. Müdafiə xüsusi karantin rejimi dövründə dissertasiya şuralarında müdafiələrin təşkili və keçirilməsinə dair Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 29.01.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tələblər” əsasında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təşkil olunacaqdır.
Tarix: 7 oktyabr 2022, saat 12:00
Zoom proqramına qoşulmaq üçün aşağıdakı link vasitəsilə daxil olun:
https://us02web.zoom.us/j/84501234917?pwd=b0xYQTNwUGo2RTlCeWo2ZWZ0eGM5dz09
Müdafiənin identifikatoru: 845 0123 4917
Giriş kodu: 123456